Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142613 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Ərəb dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35
Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 9
Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.
Yeni dərslər zaman-zaman əlavə edilir
Doqquzuncu dərs.
Ərəb dilində feillər formaca üç zamandan birinə -المَاضِي -keçmiş , الحَالُ -indiki , və ya المستقبل -gələcək zamana aid olur.Zaman etibarı iləsə, üç qism bölünür 1. ماض – keçmiş zaman, 2. مُضَارِعٌ – geniş zaman 3. أمْرٌ - əmr.
Gələcək zamanın )المستقبلəl-mustəqbəl) düzəldilməsi
Feillərin gələcək zamanının məlum və məchul növünü düzəltmək üçün indiki zamanın məlum və məchul növündə olan feillərin önünə سَ və سَوْفَ ədatlarından biri artırılır.Məsələn: يَضْرِبُ = vurur və ya vurar سَيَكْتُبُ = vuracaq , يَكْتُبُ سَوْفَ vuracaq, يُضْرَبُ =vurulur və ya vurular سَيُكْتَبُ = vurulacaq , سَوْفَ يُكْتَبُ = vurulacaq.Digər şəxslərin də gələcək zamanı eyni qayda üzrə düzəlir.
ما inkar hərfi ilə
İndiki (الحال) və keçmiş zamanın(الماضي) məlum və məchul növünün inkarının düzəldilməsi.
Bunun üçün indiki zamanın məlum və məchul növündə olan feillərin önünə مَا inkar ədatı gətirilir.
Məsələn:ما يَكْتُبُ - yazmır , مَا يُكْتَبُ – yazılmır, مَا كَتَبَ – yazmadı , مَا كُتِبَ – yazılmadı. Qeyd: ما inkar ədatının vasitəsi ilə düzələn indiki zamanın inkarı ənənəvi ərəb qramatikasında “nəfy əl-hal” (نفي الحال), keçmiş zamanın inkarı isə “nəfy əl-madi”( نفي الماضي) adlanır.Önündə inkar ədatı işlənmiş feillər ərəb qramatik istilahında “mənfi” (منفي), önündə heç bir inkar ədat işlənməmiş feil isə “müsbət”(مثبت) feil hesab edilir.
لم - inkar hərfi
Keçmiş zamanın məchul və məlum növünün inkar formasını daha başqa bir üsul ilə düzəltmək mümkündür.Bunun üçün indiki zamanın məlum və məchul növündə olan feillərin önünə لَمْ inkar ədatı gətirilir.Önünə لَمْ inkar ədatı gətirilmiş feilin sonunun sukunlanması və ya sonuncu zaid hərflərdən birinin atılması, لَمْ qoşulmuş feilin hansı şəxsdə olmasından aslıdır. Əgər feil birinci şəxsin təkində və cəmində ,ikinci şəsin təkində kişi cinsində ,üçüncü şəxsin təkində qadın və kişi cinsində olarsa , bu zaman feilin sonu sukunlanacaqdır.Qalan şəxslərdə isə sonuna əlavə edilmiş zaid hərflərdən biri atılacaq.İndiki zamanda olan feillərin məlum və məchul növünün لَمْ inkar ədatı ilə işlənməsini model formasında belə göstərə bilərik.
لَمْ أفْعَلْ / لم اُفْعَلْ
لَمْ تَفْعَلْ / لَمْ تُفْعَلْ – لَمْ تَفْعَلِي / لَمْ تُفْعَلِي
لَمْ يَفْعَلْ / لم يُفْعَلْ – لم تَفْعَلْ / لم تُفْعَلْ
لم نَفْعَلْ / لم نُفْعَلْ
لم تَفْعَلُوا / لم تَفْعَلْنَ – لم تُفْعَلُوا / لم تُفْعَلْنَ
لم يَفْعَلُوا / لم يَفْعَلْنَ – لم يُفْعَلُوا / لم يُفْعَلْنَ
لم نَفْعَلْ / لم نُفْعَلْ
لم تَفْعَلَا / لم تُفْعَلاَ – لم تَفْعَلاَ / لم تُفْعَلاَ
لم يَفْعَلَا / لم يُفْعَلاَ – لم تَفْعَلَا / لم تُفْعَلَا
لم inkar ədatı ilə düzələn indiki zamanın məlum və məchul növünün inkarı ənənəvi ərəb qramatikasında “əl-cəhd əl- mutlaq” (الجحد المطلق)adlanır. لم inkar ədatının qoşulduqu feil formaca (وَضْعًا) indiki zamanda olsa da , feil zaman baxımından keçmişə aid olur. Məsələ ilə bağlı belə bir qayda ilə razılaşmaq mümkündür. لم + يفعل =فعل مَا / Eyni məna.
لَمَّا –inkar hərfi
Baş verməsi nəzərdə tutulduqu halda danışacaqımız vaxta qədər hələ də icarsı baş tutmayan feillərin ifadə forması indiki zamanın məlum və məchul növündə olan feillərin önünə لَمَّا (hələ +feilin xəbər şəkilçisi+ ma-inkar şəkilçisi + mənsubiyyət şəkilçisi ) inkar ədatı gətirmək ilə düzəlir.Bu zaman o , eynən önünə لم – inkar ədatı qoşulmuş feillərin məruz qaldıqı dəyişikliyə məruz qalır.(Yuxarıda لم inkar ədatına qoşulmuş feillərə baxın).Bu feillər qeyd etdiyimiz kimi işin hələ baş tutmadıqını bildirir.
Məsələn: لَمَّا يَكْتُبْ - (o) hələ yazmayıb, لَمَّا يُكْتَبْ – o hələ yazılmayıb.
Qeyd: Önündə لَمَّا inkar ədatı işlənmiş feillər Azərbaycan dilinə nəqli keçmiş zaman kimi tərcümə olunur və bu feillərə ənənəvi ərəb qramatikasında (الجحد المستغرق) deyilir.
لا -inkar hərfi
İndiki zamanın məlum və məchul növdə olan feillərin önünə لا inkar ədatı gətirildikdə bu zaman feil həm qəti gələcək zamanın həm də qeyri qəti gələcək zamanın inkarı mənasını verir.Məsələn: لا يَكْتُبُ – (o) yazmaz(qeyri qəti gələcək zaman) və ya o yazmayacaq(qəti gələcək zaman). لا يُكْتَبُ – o yazılmaz (qeyri qəti gələcək zaman) və ya o yazılmayacaq(qəti gələcək zaman). Digər şəxslər üzrə feillərin لاinkar ədatı ilə təsrif qaydası bu şəkildə davam edir. Qeyd: Önündə لا inkar ədatı işlənmiş indiki zamanın məlum və məchul növündə olan feillərin qəti və ya qeyri qəti gələcək zamanın inkarı ifadəsi ənənəvi ərəb qramatikasında (نفي الاستقبال) kimi bir idiomatik ifadə ilə əvəz olunur.
Nəsb edən لَنْ hərfi.
Azərbaycan dilindən fərqli olaraq ərəb dilində isim qruplu sözlər ilə yanaşı feillərin də hal kateqoriyası mövcuddur.Feillərin hal kateqoriyaları barəsində məlumatın gələcək dərslərimizdə geniş şəkildə verilməsi planlaşdırıldığı üçün bu dəfə feilin yalnız bir hal kateqoriyasına qısaca toxunulacaqdır.Feilin üç (raf,nasb, cəzm )halından biri olan nasb halı bir sıra nasb hərflərinin onun önündə işlənməsi ilə meydana çıxır.Bu hərflərdən biri لن hərfidir .Bu hərf indiki zamanın məlum və məchul növündə olan feillərin önündə işlənib onların mənasını qəti gələcək zamanın inkar formasına çevirir.Bunun ilə yanaşı feil dilimizə tərcümədə” heç zaman”, ” əbədiyyəyən” və sair kimi zaman zərfləri ilə tərcümə edilir.Məsələn : لَن يَكْتُبَ (o) heç zaman yazmayacaq, يُكْتَبَلن (o) heç zaman yazılmayacaq. لن hərfinin qoşulduqu feillərin sonu şəxslərə müvafiq olaraq bəzən fəthə ilə işarələnir bəzən də sonda olan zaid hərflərdən biri atılır.Müqayisəli şəkildə başqa cür ifadə etsək, لم inkar hərfinin sükunladıqı şəxsləri لن hərfi fəthə ilə işarə edir və digər yerdə qalan şəxslərin isə zaid hərfləri atılır , başqa bir ifadı ilə həzf (حذف)olunur. Məsələn:
لَنْ اَفْعَلَ - لن اُفْعَلَ
لن تَفْعَلَ / تَفْعَلِي – لن تُفْعَلَ / لن تُفْعَلِي
لن يَفْعَلَ / لن تَفْعَلَ – لن يُفْعَلَ /لن تُفْعَلَ
لن نُفْعَلَ – لن نُفْعَلَ
لن تَفْعَلُوا / تَفْعَلنَ – تُفْعَلُوا / لم تُفعَلْنَ
لن يَفْعَلُوا / لن يَفْعَلنَ – لن يُفْعَلُوا / لن يُفْعَلنَ
لن نُفْعَلَ – لن نُفْعَلَ
لن تَفْعَلَا / لن تَفْعَلَا – لن تُفْعَلَا /– لن تُفْعَلَا
لن يَفْعَلَا / لن تَفْعَلَا – لن يُفْعَلَا /– لن تُفْعَلَا
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35