Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Ərəb dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35
Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 4
Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.
Yeni dərslər zaman-zaman əlavə edilir
İndiki zamanın məlum növü
Keçmiş zamanda olan feilləri indiki zamanın məlum növünə çevirmək üçün felin tipik saitinə diqqət yetirilməlidir.Ərəb dilində bütün zamanlarda şəxslər üzrə təsrif oluna bilən hər bir felin tipik saiti mövcuddur.Feillərin tipik saitləri lüğətlərdə feillərin qarşısındakı mötərizə içərsində verilir.Üç cür tipik sait mövcuddur.Fəthə(ə), kəsrə(i), dammə(u).Ənənəvi ərəb qramatikasında tipik saitə “harful ayn” deyilmişdir.Bunun isə səbəbi tipik saitin indiki zamanda olan feilin aynul-fiil adlanan ikinci kök samitinin üzərinə qoyulması olmuşdur.Misal olaraq üç müxtəlif tipik saiti olan ضَرَبَ (i) دَخَلَ (u) və عَلِمَ(ə) feillərini göstərə bilərik. Bu feillərin tipik saitləri onların önlərində verilmişdir.Göstərilən feilləri indiki zamanın məlum növünə çevirmək üçün tipik saiti (i) olan feil يَفْعِلُ modelinə ,tipik saiti (u) olan feil يَفْعُلُ modelinə,tipik saiti (ə) olan feil isə يَفْعَلُ modelinə salınır. Məsələn: يَضْرِبُ -vurur يَدْخُلُ –daxil olur يَعْلَمُ –bilir.İndiki zamanın məlum növü üçün göstərilən modellər yalnız üçüncü şəxsin təki kişi cinsi üçün nəzərdə tutulmuşdur.Digər şəxslərdə isə göstərilən modellərin təsrifi belədir.
Misal olaraq يَفْعَلُ modelini şəxslər üzrə təsrif edək.
Cüt şəxslər Cəm şəxslər Tək şəxslər.
أفْعَلُ نَفْعَلُ نَفْعَلُ
تَفْعَلُ- تَفْعَلِينَ تَفْعَلُونَ – تَفْعَلْنَ تَفْعَلَانِ - تَفْعَلَانِ
يَفْعَلُ – تَفْعَلُ يَفْعَلُونَ – يَفْعَلْنَ يَفْعَلَانِ - تَفْعَلَانِ
Digər iki model də tipik saitlərinə diqqət yetirmək şərti ilə eyni cür təsrif edilir.
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35