İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Ərəb dili

Yeni başlayanlar üçün Ərəb dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   


Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 1

Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.

Yeni dərslər zaman-zaman əlavə edilir


Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxil  olan  və vaxtı ilə yalnız Ərəb yarmadasında işlək olan ərəb  dili hal-hazırda BMT-nin altı rəsmi işlək  dilindən biridir.Ərəb dili tarixən üç inkişaf mərhələsi –qədim ,kalssik və müasir mərhələləri keçmişdir. Ərəb dili flektiv dillər qrupuna məxsusdur.Bu dilin zənginliyinə dəlalət edən məqamlardan biri zəngin söz ehtiyatına malik olması ilə yanaşı həm də dilin öz daxili qramatik imkanları hesabınadır.Misal olaraq dildə isim qrupundan sayılan sifət ,say kimi niqt hissələrinin iki qramatik cinsə,  üç qramatik saya malik olmasını  və iki hallı və üç hallı olmaqla üç cür hallanmasını göstərmək olar.Qeyd etmək yerinə düşərdi ki, dünyada ərəb dilinin tədrisi hal-hazırda iki üsul ilə həyata keçirilir.Birinci və ən qədim üsul, klassik ərəb dili ənənələrinə sadiq qalaraq klassik ərəb dili üsuludur.İkinci üsul isə Avropa tədris üsuludur ki,bu üsulda da ölkəmizdə ilk dəfə kitab təlif etmiş Azərbaycanlı alim Ələsgər Məmmədov olmuşdur.Lakin avropa tədris üsulunun bir sıra zərərli tərəfli vardır ki,bu üsulu tərcih etməmək daha məqsədə uyğundur.

     20 ci əsrin dilçi alimlərindən olan Ğaleyeyninin (ra) yazdığına görə ərəbləri öz dillərinin qramatikasına dair kitab yazmaqa məcbur edən amil dillərinin başqa millətlərin dillərinə qarışıb zay olma qorxusu olmuşdur.Ğaleyeyni yazır:

لما خشي أهل العربية من ضياعها بعد أن اختلطوا بالأعاجم دونوها في المعاجم و أصلوا لها أصولا تحفظها من الخطأ و تسمى هذه الأصول العلوم العربية.

“(Ərəblərin) əcəmilər ilə qaynayıb- qarışmalarından sonra ərəb dilçiləri dilin zay olmasından qorxduqları zaman onu lüğətlərə qeyd etdilər və dil üçün onu xətadan qoruyan üsullar təyin etdilər .Bu üsullar (isə) “əl-ulum əl-arabiyyə” adlanır.”

 

Hər bir dildə olduqu kimi ərəb dili də morfologiya və sentaksis adı altında iki qismi bölünmüşdür.Lakin ilk öncələr “nahv” kəliməsi morfologiya və sentaksisi ehtiva etmiş geniş anlamda işlənirdi.Miladi 9-cu əsrdə isə morfologiya sarf adı altında yeni bir sahə kimi meydana gəldi. Tarixi qaynaqlarda dilin qramatik yöndən ilk qurucusunun Əbul-Əsvad əd-Duəli olması qeyd edilmişdir.Onun isə bu işə Əli bin Əbi Talib (ra) tərəfindən təşviq edildiyi zikr edilməkdədir.Bunun ilə yanaşı hər nə qədər nahv elminin qurucularının Abdurrahman bin Hurmuz ilə Nasr bin Asim əl-Leysinin olduqları söylənilsə də onların da nahv elmini Əbul Əsvaddan öyrəndikləri bilinməkdədir.Ərəb dilinin qramatikasının yazılması və dil haqqında geniş mülahizələr və lüğətlərin tərtibatı ilk öncə iki şəhərdə-Bəsrə və Kufə şəhərlərində gerçəkləşmişdi.Bu şəhərlər dil üçün bir məktəb rolunu oynayırdı.Bəsrə məktəbi ilk və ən qüvvətli məktəb idi.Bu məktəbin qurucusu olan Əbul Əsvəd bir çox tələbələr yetişdirmişdir.Rəvayətə  görə dilçilik sahəsində ən qədim əsər müəllifi  Bəsrə məktəbinin məzunlarından olan İsa bin Omar əs-Saqafiyə aiddir.O, Abdullah bin Əbi İshaqın tələbəsi olmuşdur.Lakin onun yazdıqı Kitab əl-Cami və Kitab əl-Mikəmməl isimli kitabları dövrümüzə qədər gəlib çatmamışdır.Lakin tələbəsi olan Əl-Xalil bin Əhmədin təlif etdiyi  Kitab əl-ayn adlı lüğəti bizə gəlib çatmışdır.Bu məktəbin Sibaveyhi ,Əxfəş ,Ebu Ubeydə,Əl-Əsmai və sair alimləri olmuşdur.

Bəsrə məktəbi  Sibaveyhinin başçılığı altında fəaliyyət göstərərkən Kufədə Əbu Cəfər bin Muhamməd bin Əbi Sara adlı alimin başçılığı altında yeni bir məktəb- Kufə məktəbi  quruldu.Bu məktəbin ən məhşurlarından Ər-Ruasi ,əl-Kisai ,əl-Fərra ,İbn Siqqit ,əl-Mufaddal əd-Dabbi kimi alimləri misal çəkmək olar.Sonrakı əsrlərdə isə Bağdad ,Əndəlus,Misr dil məktəbləri qurulmuşdur və bu məktəblərin də dil sahəsində öz xidmətləri olmuşdur.

Ərəb əlifbasında 28 hərf mövcuddur.Onlar aşağıdakılardır.

ا Əlif. Bu hərf müstəqil heç bir səsə malik deyildir.Əksərən fəthəsi olan özündən əvvəl gələn hərfin sait səsini uzadır.Məsələn : قَادِمٌ –Qa’dimun.-Gələn.

ب Bə.Bu hərfin azərbaycan dilində qarşılıqı b hərfidir.

تTə.Azərbaycan dilində qarşılıqı te hərfidir.

ثAzərbaycan dilində qarşılıqı se hərfidir.Lakin bu hərf tələfüz edilərkən dilin ucu azacıq dişlərdən önə çıxmalıdır.

ج- Cim .Qarşılıqı c hərfidir.

ح-Ha.Qarşılıqı he hərfidir.Boğaz tamamən açıqkən səs telləri sığışdırılraq qırtlaqdan çıxarılır.

خ-Xa.Qarşılıqı xe hərfidir.

د - Dəl .Qarşılıqı d hərfidir

ذ Zəl.Qarşılıqı z hərfidir.Tələffüz edilərkən dil azaçıq ön dişlərdən önə çıxmalıdır.

ر- Ra.qarşılıqı r hərfidir.

زZeyn .Qarşılıqı z hərfidir.

سSin .Qarşılıqı s hərfidir.

ش Şin. Qarşılıqı ş hərfidir.

ص Sad .Qarşılıqı S hərfidir.Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.

ض Dad.Qarşılıqı d hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.

ط Ta .Qrşılıqı t hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.

ظ Za.Qarşılıqı z hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.

ع-Ayn .Bu hərfin qarşılıqı azərbaycan dilində yoxdur.Yazıda isə onun necə səslənməsini izah etmək mümkün deyil.Sadəcə onu demək olar ki. Bu hərfin fəthəsi a hərfi kimi oxunur.

غ-ğayn.Qarşılıqı ğ hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.

ف- Fə.Qarşılıqı f hərfidir.

ق Qaf.qarşılıqı q hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.

ك Kəf.Qarşılıqı k hərfidir.

ل Ləm.Qarşılıqı L hərfidir.

م Mim. Qarşılıqı m hərfidir.

ن Nun. Qarşılıqı n hərfidir.

ه Hə.Qarşılıqı h hərfidir.

و Vav.Qarşılıqı v hərfidir.

ي Yə.Qarşılıqı y hərfidir.


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı