İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Ərəb dili

Yeni başlayanlar üçün Ərəb dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   


Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 7

Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.

Yeni dərslər zaman-zaman əlavə edilir


Birinci(mutəkəllim) və üçüncü şəxsdə(ğaib) olan feillərin məlum növ əmr formasının təsdiqi.

Bunun üçün birinci və üçüncü şəxslərdə indiki zamanın məlum növündə olan feillərin önünə ləmul-əmr adlanan kəsrəsi olan bir ləm( لِ) hərfi gətirilir.Önünə ləmul-əmr gətirilən feil şəxsə və cinsə (müənnəslik və müzəkkərliyə) müvafiq olaraq bəzən sukunlanır bəzən də əsli olmayan son hərflərindən birini itirir.Bunu aşağıdakı misallarda görmək olar.

Birinci şəxsin tək , cəm və cüt şəxsləri ( kişi və qadın cinsi)

لِأَضْرِبْ (qoy) vurum

لِنَضْرِبْ (qoy) vuraq

لِنَضْرِبْ (qoy) ikimiz vuraq

Üçüncü şəxsin tək , cəm və cüt şəxsləri (kişi cinsi)

لِيَضْرِبْ (qoy) vursun

لِيَضْرِبُوا (qoy) vursunlar

لِيَضْرِبَا (qoy) o ikisi vursun

Üçüncü şəxsin tək , cəm və cüt şəxsləri (qadın cinsi)

لِتَضْرِبْ (qoy) vursun

لِيَضْرِبْنَ (qoy) vursunlar

لِتَضْرِبَا (qoy) o ikisi vursun

Qeyd:Birinci və üçüncü şəxsdə olan feillərin əmr forması azərbaycan dilinə tərcümə edilərkən “qoy” qüvvətləndirici ədatı ilə, həm də qüvvətləndirici ədat olmadan tərcümə edilə bilər.Məsələn:لِيَضْرِبْ –qoy vursun və ya vursun.

Verilən numunələrə diqqət etsək görərik ki,kişi cinsinin üçüncü şəxsinin cəmində və təsniyəsində feillər əsli hərflərindən olmayan hərflərdən birini itirsələr də lakin birinci şəxsin təkində, cəmində , təsniyəsində və üçüncü şəxsin təkində sukun qəbul etmişlər.Həmçinin əmr formasında olan bu feillər qadın cinsinin birinci şəxsinin təkində, cəmində , təsniyəsində və üçüncü şəxsin təkində və cəmində sukun qəbul etmələrinə baxmayaraq üçüncü şəxsin təsniyəsində əsli hərflərindən olmayan hərflərdən sonuncunu itirmişdir.


 


 


 


 


 


 


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı