İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Ərəb dili

Yeni başlayanlar üçün Ərəb dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   


Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 6

Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.

Yeni dərslər zaman-zaman əlavə edilir


İkinci şəxsdə(muxatab) olan feillərin məlum növ əmr formasının təsdiqi.

Qeyd olunan (muxatab) şəxs üzrə felin məlum növünün əmr formasının təsdiqini düzəltmək üçün diqqət ediləsi vacib olan məsələ feilin tipik saitidir.Məhz feilin tipik saitindən istifadə etmək ilə onun ikinci şəxs üzrə məlum növünün əmr formasının təsdiqi düzəldilir.Tipik saitin müxtəlifliyindən asılı olaraq ikinci şəxs üzrə məlum əmr formasının təsdiqinin düzəldilməsi üçün üç növ model təqdim oluna bilər.Bu modellərdən hansının ikinci kök hərfinin hərəkəsi felin tipik saiti ilə uyqunluq təşkil edərsə, felin məlum əmr formasının təsdiqinin düzəldilməsində həmin model dən istifadə edilər.Öncəki dərslərimizin birində feillərin tipik saitlərinin ya fəthə(ə ) ya kəsrə(i) ya da ki dammə (u) olduqunu öyrənmişdik.Tipik saitin müxtəlifliyindən asılı olaraq əmələ gəlmiş üç model aşağıdakılardır.

إِفْعِلْ-1

إِفْعَلْ2

اُفْعُلْ3

Bir rəqəmi ilə nömrələnmiş إِفْعِلْ modeli tipik saiti kəsrə (i) olan feillərin ikinci şəxs üzrə məlum növ əmr formasının təsdiqini düzəltmək üçün istifadə edilir.Məsəslən: ضَرَبَvurdu – feilinin tipik saiti kəsrə (i) olduqu üçün bu feilin əmr forması إِفْعِلْ modelindən istifadə etmək ilə düzəlir.Məsələn : إِضْرِبْvur.Həmçinin tipik saiti fəthə olan feillərin əmr forması إِفْعَلْ modeli üzrə ,tipik saiti dammə (u) olan feillərin əmr forması isə اُفْعُلْ modeli üzrə düzəlir.Məsələn سَمِعَ (ə) = إِسْمَعْ ,

دَخَلَ (u) = أُدْخُلْ

Qeyd edək ki, verilən model misalları yalnız kəmiyyətcə ikinci şəxsin təkinə cins baxımından isə kişi cinsinə aiddir.İkinci şəxsin kişi və qadın cinsinin digər kəmiyyətlər üzrə əmr forması aşağıdakı kimi düzəlir.

Cüt şəxs kişi cinsi - Cəm şəxs kişi cinsi - Tək şəsx kişi cinsi

إِضْرِبُوا إِضْرِبَا إِضْرِبْ

(Siz ikiniz) vurun Vurun Vur


 

Cüt şəxs kişi cinsi Cəm şəxs qadın cinsi Tək şəxs qadın cinsi

إِضْرِبِي إِضْرِبْنَ إِضْرِبَا

(siz ikiniz) Vurunuz Vurun Vur


 


 


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı