İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142613 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Ərəb dili

Yeni başlayanlar üçün Ərəb dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   


Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 11

Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.

Yeni dərslər zaman-zaman əlavə edilir


Təkid nunu

Ərəb dilində iki növ təkid nunu vardır.

 

1.ağır təkid nunu. نَّ

2.yüngül təkid nunu.نْ

“Ağır,  təkidli nun”-una  النون المؤكدة الثقيلةdeyilir.”Yüngül, təkidli nun”-nuna isə النون المؤكدة الخفيفة deyilir.”Təkid nun”-ları  yalnız (təsdiq və  nadirən inkar formada olan)  indiki zaman feillərinin və (təsdiq və inkar)əmr formasında olan feillərin sonuna birləşdirilir.Təkid nunu birləşmiş feil məna baxımından qətilik,mütləqlik ifadə edir.Təkid nunu feilin sonuna birləşərkən feilin sonunda bəzi dəyişikliklər baş verir.Əgər feilin sonunda zaid (feilin kökündən olmayan) hərflər varsa, onlar düşür.İkinci və üçüncü şəxsin təsniyəsində isə yalnız sondakı təsniyə əlifi zaid hərf olmağına baxmayaraq, saxlanılır,sonuncu nun hərfi düşür. Birinci şəxsin təki,cəmi və təsniyəsinə təkid nunu artırıldıqda bu zaman feilin əsli hərflərinin sonuncusu fəthə qəbul edir.Həmçinin bu cür dəyişiklik ikinci və üçüncü şəxsin kişi cinsinin tək formasında da  baş verir.İkinci şəxsin təki qadın cinsində,ikinci və üçüncü  şəxsin cəminin  kişi cinsində nun hərfləri  və əslində zamir olan, cəmlik bildirən vav hərfləri düşür .Mutəkəllim şəxsin kişi və qadın cinsinin tək,cüt,cəm şəxslərini,ikinci şəxsin(muxatab) kişi cinsinin təkini , üçüncü şəxsin(ğaib) kişi və qadın cinsinin təkini  çıxmaq şərti ilə, yerdə qalan şəxslərə  “təkid nun-”u  birləşərkən felin sonuncu əsli hərfinin hərəkəsi fəthə yox,zaid hərf düşəndən sonra əsli hərfin hərəkəsi nədirsə ,o cür də qalır.Lakin bir şeyi nəzərə almaq lazımdır ki, ikinci və üçüncü şəxsin qadın cinsinin cəmi məbni (tərpənməz) olduğu üçün ,bu şəxslərə “ağır təkid nun”-u birləşəndə heç bir zaid hərf düşməz,feilin sonu fəthə ilə qurtardığı  halda , “ağır təkid nun”-una birləşər.Bü bu tün qaydalara əmr formasında da riayət edilər.

Qeyd: İkinci və üçüncü şəxsin qadın və kişi cinsinin təsniyələrinə və ikinci və üçüncü şəxsin qadın cinsinin cəminə ağır təkid nunu birləşərkən təkid nunu-nun fəthəsi kəsrə ilə əvəz edilir(نِّ).Bundan əlavə ağır təkid nunu qadın cinsinin ikinci və üçüncü şəxsinin cəminə birləşərkən feilin sonundakı “nun ən-nisva” ilə ağır təkidli nun-un arasına bir əlif daxil olur.

أفْعَلَنَّ

تَفْعَلَنَّ – تَفْعَلِنَّ

يَفْعَلَنَّ – تَفْعَلَنَّ

نَفْعَلَنَّ

تَفْعَلَانِّ - تَفْعَلَانِّ

يَفْعَلَانِّ – تَفْعَلَانِّ

نَفْعَلَنَّ

تَفْعَلُنَّ – تَفْعَلْنَانِّ

يَفْعَلُنَّ – يَفْعَلْنَانِّ


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı