Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Rus dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10
Yeni başlayanlar üçün rus dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə rus dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 10
Fonetik təhlil
Sözün fonetik təhlili aşağıdakı sxem üzrə həyata keçirilir:
1. Sözün vurğusunu qoyaraq transkripsiyasını vermək.
2. Defislərlə (və ya vertikal xətlərlə) transkripsiyada heca bölgüsünü işarə etmək.
3. Hecaların sayını təyin edib, vurğulu hecanı işarə etmək.
4. Hər bir hərfə müvafiq olan səsi göstərmək. Hərflərin və səslərin miqdarını təyin etmək.
5. Sözün hərflərini alt-alta yazmaq, yanında – səslər, onların uyğunluğunu gösrətmək.
6. Hərflərin və səslərin sayını göstərmək.
Səsləri aşağıdakı parametrlərə görə təsvir etmək:
· sait: vurğulu / vurğusuz;
· samit: qoşalığını qeyd etməklə kar / cingiltili, qoşalığını qeyd etməkləsərt / yumşaq.
Fonetik təhlilin nümunəsi:
его [й'и-вó] 2 heca, ikinci vurğuludur
[й'] samit, cingiltili qoşalaşmayan, yumşaq qoşalaşmayan
е — [и] sait, vurğusuz
г — [в] samit, cingiltili qoşa, sərt qoşa
о — [́о] sait, vurğulu
3 hərf, 4 səs.
Fonetik təhlil zamanı hərfi ifadə etdiyi səslə birləşdirməklə hərf və səslərin uyğunluğu göstərilməlidir (istisna olaraq samitin sərt/yumşaqlığını ardınca gələn sait hərflə işarə edilməsi). Buna görə də 2 səs ifadə edən hərflərə və 2 hərflə ifadə olunan səslərə diqqət yetirmək vacibdir. Əsasən də, bir halda öndə gələn qoşa samitin yumşaqlığını ifadə edən (bu halda da o, öndə gələn samit kimi, samit səslə birləşir), digər halda isə fonetik ağırlıq daşımadan (bu halda transkripsiya mötərizələrində xətt qoyulur) qrammatik funksiyanı yerinə yetirən yumşaltma işarəsinə diqqət yetirilməlidir, məsələn:
к — [к]
н — [н]
о — [о]
о — [о]
н — [н']
ч — [ч']
ь
ь — [ — ]
Xüsusilə diqqət yetirin ki, samit səslərdə qoşalıq kar/cingiltili etibarilə və sərt/yumşaqlıq etibarilə ayrı qeyd olunur, çünki rus dilində yalnız tamamən qoşalaşmayan samitlər ([й'], [ц], [ч'], [щ']) deyil, hətta bu əlamətlərdən birinə görə qoşalaşmayan samitlər də göstərilir, məsələn: [л] — cingiltili qoşalaşmayan, sərt qoşa, [ж] — cingiltili qoşa, sərt qoşalaşmayan.
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10