İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142534 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 1: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

PRESENT CONTINOUS AND PRESENT SIMPLE

Bir çoxları ingilis dilində İndiki davamedici zamanİndiki zamanı bir-biri ilə qarışdırır. Buna aydınlıq gətirmək üçün aşağıda onların bir sıra fərqlərini veririk:

  • Adətən İndiki davamedici zaman vəziyyətin müvəqqəti olduğunu və ya yalnız hal hazırdakı dövr üçün xarakterik olduğunu göstərən müəyyən bir fikri bəyan edən fellərlə (state verbs) işlənir. Bu fellərə misal olaraq attract, like, look, love, sound. Müqayisə edək:

 

Leman stays with us quite often. The children love her having here. ( Ləman bizdə tez-tez qalır. Uşaqlar onun bizdə qalmasını çox sevir. -- Amma o hal hazırda bizdə deyil, yəni ümumən uşaqlar onun bizdə qalmasını sevir, qanunauyğunluq kimi.)

Leman’s with us at the moment. The children are loving having her here. (Ləman hal hazırda bizdədi. Uşaqlar onun bizdə qalmasını çox sevir. -- Ləman sadəcə müvəqqəti olaraq bizdədir və hal hazırda uşaqlar onun bizdə olmasını çox sevir.)

 

Qeyd: Bu fellər isə nadir hallarda indiki davam edici zamanda işlənir: believe, consist of, doubt, own.

 

  • Bəzi fellərinin müxtəlif mənaları ola bilər -- eyni fel ya müəyyən hərəkəti təsvir etmək üçün ya da müəyyən fikri bəyan etmək üçün istifadə oluna bilər. Həmin fellər müəyyən fikri bəyan edəndə (state verbs) əsasən indiki zaman işlənir, hərəkəti ifadə edəndə (actions verbs) isə məzmundan asılı olarak indiki zaman və ya indiki davamedici zamanda ola bilərlər. Müqayisə edək:

 

The new treatment for influenza doesn’t appear to work. (Burada appear feli müəyyən fikir bəyan etdiyi üçün indiki zamandan istifadə olunub.)

Madonna is currently appearing in a musical Broadway. / She often appears in musicals. (Hər iki cümlədə də appear feli hərəkəti ifadə edir. Amma birinci cümlədə currently sözü olduğ üçün appear feli indiki davam edici zamanda, ikinci cümlədə isə often sözü olduğu üçün appear feli indiki zamanda işlənib.)

 

Bu cür fellərə daxildir: appear, think, anticipate, cost, expect, feel, fit, have, imagine, measure, weigh.

  • Daxili, səmimi qəlbdən gələn fikirləri bəyan edən bəzi fellərlə (mental states) indiki davamedici zamanı işlədə bilərik. Bu o halda baş verir ki, biz nəsə haqqında yenicə düşünməyə başlamışıq və ya bu yeni düşüncəmizdə hələ tam əmin deyilik. Müqayisə edək:

 

I regret that the company will have to be sold. (Mən artıq bu fikrə gəlmişəm ki, şirkətin satılmasına görə məyusam və bu fikrimdə əminəm.)

I’m regretting my decision to give her the job. (Getdikcə mənə daha çox agah olur ki, ona iş vermək barəsindəki qərarım səhv idi, amma bu fikrimdə hələ tam əmin deyiləm.)

 

Consider feli “think carefully about” mənasını daşıyanda yalnız indiki davamedici zamanda işlənir:

 

He’s considering taking early retirement. (He considers taking early retirement. -- yox)

 

Digər seçimə əsaslanan və daxili, səmimi qəlbdən gələn fikirləri bəyan edən fellər (prefenrence and mental states) nadir halarda indiki davam edici zamanda işlənir. Məsələn agree, believe, conclude, know, prefer kimi fellər:

 

I believe you know. (I’m believing you know. -- yox)

  • Biz təsvir etdikləri hərəkəti həyata keçirən həyata keçirən felləri indiki zaman formasında işlədirik:

 

I admit I can’t see as well as I used to.
We apologise for no replying earlier.

 

Bu cür fellərə (performative verbs) daxildir: admit, apologise, acknowledge, advise, beg, confess, congratulate, declare, deny, forbid, guarantee, name, order, permit, predict, promise, refuse, remind, request, thank, warn. Bu fellərdən bəziləri ( apologise, deny, guarantee, promise, suggest) nəqli cümlələrdə indiki davamedici və indiki zamanda eyni mənanı ifadə edir:

  • I don't deny/ I'm not denying raking the books, bur Andy said ir would he okay.

 

Qeyd: Dediyimizin daha nəzakətli və ehmallı səslənməsi üçün bu cür fellərin qarşısında modal sözlər işlənir:

 

We would advise you to arrive two hours before the flight leaves.
I must beg you to keep this a secret.


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı