Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Rus dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10
Yeni başlayanlar üçün rus dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə rus dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 1
Hərflər və səslər. Əlifba.
Nitq səsləri hərflərlə işarə olunur. Hərflər əlifbanı təşkil edir. Rus əlifbasında 33 hərf var:
10 sait: a,o,Э,у,ы,и,е,ё,ю,я.
21 samit:б,в,г,д,ж,з,й,к,л,м,н,п,,р,с,т,ф,х,ц,ч,ш,щ
2 hərfin isə səs mahiyyəti yoxdur: ь,ъ
Hərf |
Azərbaycan dilində oxunuşu |
Azərbaycan dilində oxşar səs nümunələri |
Rus dilində misal və tərcüməsi |
А |
A[a] |
Ana |
АПТЕКА [apt’eka] |
Б |
Be [b][b’] |
Bilgi, Bank |
БЕЛЫЙ, БАНК [b’elıy, bank] |
В |
Ve [v][v’] |
Vətən, Varlıq |
ВЕТЕР, ВОДА [v’et’er, voda] |
Г |
Qe [q][g] |
Qardaş, Gəmi |
ГОРОД, ГИТАРА [qorod, q’itara] |
Д |
De [d][d’] |
Dağ, Düşmən |
ДОМ,ДЕНЬГИ [dom, den’q’i] |
Е |
Ye [sərt e][ye] |
Meşə, Yemək |
MЕСТО, ЕСЛИ [m’esto, yesli] |
Ё |
Yo [o][yo] |
Yox |
ЖЁЛТЫЙ, ПОЁТ [joltıy, poyot] |
Ж |
Je[j] |
Jurnal |
ЖИЗНЬ [jizn] |
З |
Ze [j][j’] |
Zabit, Zibil |
ЗАКОН, ЗИМА [zakon, z’ima] |
И |
İ[i] |
İnək |
ИГРА [iqra] |
Й |
Y[i(y)] |
Yemiş |
ЙОД, КРАЙ [yod, kray] |
К |
Ka [k][k’] |
Kalium, Kitab |
KOT, KИНО [kot, k’ino] |
Л |
El (sərt) [l][l’] |
Laqeyd, Liman |
ЛАМПА, УЧИТЕЛЬ [lampa, uç’itel’] |
М |
Em[m][m’] |
Maşın, Məmləkət |
MAРТ, МЕСЯЦ [mart, m’esyats] |
Н |
En[n][n’] |
Nar, Nənə |
ОКНО, НЕТ[okno, n’et] |
О |
O[o] |
Ocaq |
ОЧЕНЬ [oç’en’] |
П |
Pe[p][p’] |
Padşah, Pəncərə |
ПАСПОРТ, ПЕСНЯ[passport, pes’n’ya] |
Р |
Er[r][r’] |
Rəqəm |
РАДОСТЬ [rados’t’] |
С |
Es[s][s’] |
Sarı, Sevgi |
СЫР, СЕСТЬ [sır, s’est’] |
Т |
Te[t][t’] |
Tağ,Timsah |
ТАК,ТИХО [tak, t’ixo] |
У |
U[u] |
Uzun |
УХО [uxo] |
Ф |
Ef[f][f’] |
Fındığ, Fəlakət |
ФАКТ, КОНФЕТА [fakt, konf’eta] |
Х |
Xa[x][x’] |
Xalça, Xəlifə |
ХОРОШО, XИМИЯ [xoroşo, x’imiya] |
Ц |
Tse[ts] |
- |
ЦАРЬ [tsar] |
Ч |
Çe[ç] |
Çəmən |
ЧЁРНЫЙ [ç‘ornıy] |
Ш |
Şa ( Sərt Ş)[ş] |
Şabalıd |
ШАПКА[şapka] |
Щ |
Şa’ (Yumşaq Ş) [ş’:] |
Şimşək |
ЩЕКА[ş’eka] |
Ь |
Yumşaltma işarəsi |
Antalya |
КАЛЬЯН [kal’yan] |
Ы |
I[ı] |
----- |
РЫНОК [rı’nok] |
Ъ |
Sərtlik işarəsi |
----- |
ОБЪЯВЛЕНИЕ [ob`yavleniye] |
Э |
E[e] |
Edam |
ЭРА [era] |
Ю |
Yu[u][yu] |
Yumurta |
Отсюда, поют [ots’yuda, poyut] |
Я |
Ya[a][ya] |
Yaşıl, Pəri |
ПЯТЬ ,ЯСНO [p’yat’, yasno] |
Sait səslər və sait hərflər. Vurğulu saitlər
Rus dilində vurğu altında 6 sait səs var: [а́], [о́], [у́], [и́], [ы́], [э́]. Bu səslər yazıda 10 sait hərf vasitəsilə işarə olunur: а, у, о, ы, и, э, я, ю, ё, е.
[а] səsi А (мал [mal]) və Я (мял [m'yal]) hərfləri ilə işarə edilir.
[у] səsi У (буря [búr'ya]) və Ю (мюсли [m'́yusl'i]) hərfləri ilə işarə edilir.
[о] səsi О (мол [mol]) və Ё (мёл [m'yol]) hərfləri ilə işarə edilir; çap əlifbasında yaranmış adətə görə, Ё hərfi əvəzinə Е hərfi , sözün mənasını qavramağa maneçiliyi olmadığı halda, istifadə edilir. Yalnız bu balaca uşaqlar üçün və oxuma yazma öyrənmək üçün təyin edilməyib.
[ы] səsi Ы (мыло [mı́la]) və И (Ж, Ш və Ц hərlərindən sonra (жить [jıt'], шить [şıt'], цирк [tsırk])) hərləri ilə işarə edilir.
[и] И (Мила [m'́ila]) hərfi ilə işarə edilir.
[э] Е (мера [m'́yera] və ya— sərt samitdən sonra bəzi gəlmə sözlərdə — э (мэр [mer]) hərfi ilə işarə edilir.
Vurğusuz hecalarda saitlər vurğu altında səslənən saitlərdən daha qısa səslənir. Bununla bağlı vurğusuz saitlər keyfiyyətini dəyişir və vurğulu saitdən fərqli səslənir.
Bundan başqa, vurğusuz daha az sait fərqlənir, nəinki vurğulu: например: сама и сома — [samá], лиса и леса — [l'isá] .
Rus dilində vurğusuz 4 sait səs var: [а], [у], [ы], [и].
Vurğusuz [а], [и] və [ы] eyni vurğulu səslərdən fərqli tələffüz olunur: onlar yalnız qısa deyil, fərqli səs tembri ilə səslənir.
[о] və [э] səsləri rus dilində yalnız vurğu altında işlədilir. İstisna bir necə xarici mənşəli (какао [kakáo], каноэ [kanóe]) və digər köməkçi sözlərdır (bağlayıcılar), məsələn но bağlayıcısı (məsələn, на önlüyü və но bağlayıcısının tələffüzləri: Я пошёл на выставку, но выставка была закрыта).
Vurğusuz saitin keyfiyyəti qabağında gedən samitin sərtliyindən və ya yumşağlığından aslıdır.
Sərt samitlərdən sonra səslər [у] (рука [ruká]), [а] (молоко [malakó]), [ы] (мыловар [mılavár], живот [jıvót], желтеть [jılt'́ét'], лошадей [laşıd'́éy']) kimi tələffüz edilir.
Yumşaq samitlərdən sonra səslər [у] (любить [l'yub'́it']), [и] (миры [m'irı́], часы [ç'isı́], лежать [l'ijat']) kimi tələffüz olunur.
Nümunələrdən belə görünür ki, eyni vurğusuz sait yazı zamanı müxtəlif hərflərlə yazıla bilər:
[у] —у (пустой [pustóy']) və ю (бюро [b'yuró]),
[а] —а (жара [jará]) və о (постель [pas't'́él']),
[ы] —ы (мыслитель [mısl'ít'il']), и (жизнь [jız'n']), а (жалеть [jal'ét'] / [jıl'ét']), е (железо [jıl'́éza]),
[и] —и (пистон [p'istón]), е (медок [m'idók]), а (часок [ç'isók]), я (ряды [r'idı́]).
Vurğusuz saitlərin onları işarə edən hərflərlə uyğunluğu haqda yuxarıda deyilənləri transkripsiya vermək üçün rahat olan bir sxem şəklində birləşdirmək olar:
Sərt samitdən sonra, [ж], [ш], [ц] istisna olaraq:
у [у] рука [ру]ка – [ruka]
а [а] сама [са]ма – [sama]
о [а] сома [са]ма– [sama]
ы [ы] вымытьвы[мы]ть– [vımıt`]
е [ы] тестировать [ты]стировать– [tıstirovat`]
[ж], [ш], [ц] səslərindən sonra :
у [у] шуметь [шу]меть– [şumet`]
е [ы] шестой [шы]стой– [şıstoy]
о [ы] шоколад [шы]колад– [şıkalad]
о [а] шокировать [ша]кировать– [şakirovat`]
а [а] шары [ша]ры– [şa]rı
а [ы] лошадей ло[шы]дей– lo[şa]dey
ы [ы] цыплёнок [цы]плёнок– [tsı]pl`yonok
и [ы] широкий [шы]рокий– [şı]
Yumşaq samitdən sonra:
ю [у] любить [л'у]бить
у [у] чудесный [ч'у]десный
и [и] миры [м'и]ры
е [и] менять [м'и]нять
я [и] пятак [п'и]так
а [и] часы [ч'и]сы
Fonetik sözün əvvəlində:
у [у] урок [у]рок
а [а] арба [а]рба
о [а] окно [а]кно
и [и] игра [и]гра
э [и] этаж [и]таж
Bu fonetika qanunları bütün vurğusuz hecalarda vurğusuz saitlərin tələffüzünü tənzimləyir, bağlayıcı və xarici mənşəli sözlərdən başqa.
Belə morfemlərdə (sözün mənalı hissəsi: kök, sözönü, şəkilçi) yazılışda я hərfinin tələffüzü vurğusuz [а]-nın yumşaq samitdən sonra təqdim edilib: буря [búr'ya], мойся [móy's'ya], читая [ç'itá'ya].
Beləliklə, vurğusuz hecalarda saitlər vurğulu hecalardakı saitlərdən fərqli tələffüz olunur. Yalnız saitlərin keyfiyyətinin belə dəyişikliyi yazıda əks olunmur, bu da rus orfoqrafiyasının əsas prinsipindən irəli gəlir: yazıda yalnız sərbəst, mənaca seçilən səslər əks olunur, onların sözdə fonetik yerləşməsindən törəyən dəyişikliyi isə yazıda əks olunmur. İmla qaydaları nöqteyi nəzərindən isə vurğusuz saitləri 3 qrupa ayırmaq olar: vurğu ilə yoxlanılan saitlər, vurğu ilə yoxlanılmayan saitlər, köklərdə əvəzlənən saitlər.
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10