İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142648 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Rus dili

Yeni başlayanlar üçün Rus dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   


Yeni başlayanlar üçün rus dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə rus dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 7


Qrafika. Orfoqrafiya

Qrafika tələffüz olunan nitqi yazıda əks etdirən elmdir.

Rus qrafikasının samitlərin yumşaqlığının yazıda əks etdirilməsinə, [й'] səsinin işarəsinə və qrafik işarələrin istifadəsinə aid spesifik xüsusiyyətləri var. Qrafika bütün sözlər üçün yazılış qaydalarını təyin edir.

Orfoqrafiya – sözlərin və onların formalarının həmahəng yazılışının qaydalar sistemini öyrənən, həmçinin qaydaların özünü öyrənən dilçilik bölməsidir.

Orfoqrafiyanın mərkəzi anlayışı orfoqrammadır.

Orfoqramma – orfoqrafik qaydalarla tənzimlənən və ya lüğət ardıcıllığında müəyyən olunan yazılışdır, bir sözlə, sözün qrafika qanunları nöqteyi nəzərindən mümkün olan sıradan seçilən yazılışıdır.

Orfoqrafiya bir necə bölmədən ibarətdir:

1) sözün mənalı hissəsinin (morfem) — köklərin, önşəkilçilərin, şəkilçilərin, sonluqların yazılışı, yəni ki qrafikanın təyin etmədiyi yerdə sözün səs tərkibinin hərflərlə işarə edilməsi;

2) bitişik, ayrı və defisli yazılış;

3) böyük və kiçik hərflərin işlədilməsi;

4) keçirilmə qaydaları;

5) sözlərin qrafik ixtisarı qaydaları.

Bölmələri qısa təsvir edək.


Morfemlərin yazılışı

Morfemlərin yazılışı rus dilində 3 prinsiplə nizamlanır — fonematik, ənənəvi, fonetik.

Fonematik prinsip aparıcıdır və bütün yazılışların 90%-dən artıq nizamlayır. Onun əsası ondadır ki, yazıda fonetik olaraq saitlərin reduksiyası, samitlərin zəifləməsi, güclənməsi və yumşalması kimi mövqeli dəyişikliklər əks olunmur. Bu halda saitlər vurğu altında olduğu kimi yazılır, samitlər isə - güclü mövqedə olduğu kimi, məsələn, saitlərdən əvvəl olan mövqedə. Müxtəlif mənbələrdə bu əsas prinsipin cürbəcür adları ola bilər – fonematik, morfematik, morfoloji.

Ənənəsi prinsip yoxlanılmayan sait və samitlərin (собака, аптека), köklərin əvəzlənmə ilə yazılışını təmzimləyir (слагать — сложить).

Orfoqrafiyanın fonetik prinsipi bundadır ki,  bəzi qrup morfemlərin yazılişında real tələffüz əks oluna bilər, yəni ki səslərin mövqeli dəyişilməsi. Rus orfoqrafiyasında bu prinsipi 3 orfoqrafik qayda üzərində reallaşdırılır - з/с ilə bitən önşəkilşilərin yazılışı (разбить — распить), роз/раз/рос/рас önşəkilçilərində saitlərin yazılışı  (расписание — роспись) və  samitlə bitən önşəkilçilərdən sonra и ilə başlayan köklərin yazılışı (история — предыстория).

 


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı