İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Rus dili

Yeni başlayanlar üçün Rus dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   


Yeni başlayanlar üçün rus dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə rus dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 5


Heca

Fonetik heca — tələffüz zamanı sözün asanlıqla ayrılan hissəsidir. Sözdə saitlərin sayı qədər heca var. Bir hecada 2 sait ola bilməz.

Hecalar vurğulu və vurğusuz ola bilər.

Rus dilində hecaların əksəriyyəti saitlərlə bitir, yəni ki acıq heca sayılır:

 

молоко [ма-ла-ќо].

Hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə edəcəyik. V işarəsi latınca sait (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.

Belə ki, bu ardıcıllıqda CVCVCV  hecaya bölgü yalnız 1 cür ola bilər: CV-CV-CV.

Həmçinin rus dilində samitlə bitən hecalar da var – qapalı hecalar.

Qapalı hecalara rast gəlirik:

1) fonetik sözün sonunda: вагон [ва-ѓон],

2) sözün ortasında 2 və daha çox samitin birləşməsində

а)  [й']-dən sonra hər hansı başqa bir samit gələrsə: война [вай'-н́а],

б)  cingiltili tək samitlərdən sonra ([л], [л'], [м], [м'], [н], [н'], [р], [р']) kar/cingili etibarilə qoşa samit gələrsə: лампа [л́ам-па].

Samitlərin birləşməsi olan digər hallarda heca sərhədi samitlər qrupunun qarşısından keçir:

будка [б́у-тка],

весна [в'и-сн́а]

 

Keçirilmə

Fonetik hecanı keçirilən hecadan fərqləndirmək lazımdır. Baxmayaraq ki, ərsər hallarda keçirilmə hecaya bölünən yerdə yerinə yetirilir  (мо-ло-ко, лам-па), lakin bir çox halda keçirilən hecayla fonetik heca üst-üstə düşməyə bilər.

Birincisi, keçirilmə qaydaları sətirdə 1 sait hərfi saxlamaq və keçirməyə imkan vermir, ancaq o hərfin ifadə etdiyi səs fonetik heca yarada bilir. Məsələn, яма sözü keçirilə bilməz, amma fonetik hecalara bölünə bilər [й'а́-ма].

İkincisi, keçirilmə qaydalarına görə, sözdə eyni samit hərfləri bölmək lazımdır:

ван-на

кас-са

Fonetik hecanın sərhədləri bu samitlərin qarşısından keçir, bununla belə eyni samitlərin birləşdiyi yerdə biz real olaraq bir uzun samit səs tələffüz edirik:

 ванна [ва́-на]

касса [ка́-са].

Və üçüncüsü, keçirilmə zamanı sözün morfem (sözün mənalı hissəsi: kök, sözönü, şəkilçi) sərhədlərini də nəzərə almaq lazımdır. Morfemdən bir hərf də ayırmaq məsləhət görülmür, ona görə də keçirilmə belə olmalıdır:

раз-бить, лес-ной,

lakin bu halda fonetik hecanın sərhədləri fərqli keçir:

разбить [ра-зб'и́т'], лесной [л'и-сно́й'].


Vurğu

Vurğu — sözdə hecalardan birini (daha doğrusu, sözdəki saiti) daha qüvvətli və fərqli uzunluqda tələffüzüdür.

Belə ki, fonetik olaraq rus vurğusu qüvvə və mahiyyət tiplərinə bölünür.

Digər rus vurğusunun fəqrqləndirən xüsusiyyətləri – onun yerdəyişməsi və hərəkətliyidir.

Rus vurğusu müstəqildir. Onun yerdəyişməsi onun sözdə hər hansı hecaya düşməsindən asılıdır:

Де́-ре-во sözündə vurğu birinci hecaya

До-ро́-га, sözündə vurğu ikinci hecaya

Мо-ло-ко́. sözündə vurğu ücünçü hecaya düşür

Vurğu bir hecadan digər hecaya keçə bilir. Bu halda mənaca fərqli sözlər yaranır - omonimlər:

За́-мок – за-мо́к

Му-ка́ – му́-ка

Ат-ла́с – а́т-лас

Bu vurğunun yerdəyişməsidir.

Vurğunun hərəkətliliyi sözün qrammatik formasından asılı olaraq əsasdan axırına keçməsindədir. Bir sözlə, eyni mənalı sözlərdə qrammatik formanın tələbinə görə vurğu bir hecadan başqa hecaya keçir:

Го́род (adlıq halın təki) – города́ (adlıq hal və təsirlik hallarının çəmidir)

но́ги — ноги́ (ayaqlar - ayağın)

Mürəkkəb sözlərdə (bir necə köklü söz) bir necə vurğu ola bilər: рибо́росамолётострое́ние, lakin çox mürəkkəb sözlərdə əlavə vurğular olmur: пароход [парах́от].

Rus dilində sözün tərkibində ё varsa, həmişə vurğuludur və vurğu işarəsi bu hərfin üzərinə qoyulmur.

Rus dilində vurğu aşağıdakı funksiyaları yerinə yetirə bilir:

1) təşkilati  — vurğu birhecalı köməkçi sözlərin üzərinə düşmür. Lakin bəzən bir hecalı önşəkilçilər və не ədatı vurğu ilə tələffüz olunur. Bu halda həmin önşəkilçi və ya ədatdan sonra gələn müstəqil söz öz vurğusunu itirir: в поля [фпал'а́], он-то [́онта]. Сестры́ не́ было́ до́ма;

2) mənaca fərqləndirici — vurğu fərqləndirə bilər

а) müxtəlif sözləri, bu da rus vurğusunun müxtəlif yerdəyişməsi ilə bağlıdır: му́ка — мука́, за́мок — замо́к,

б)  sözləri qrammatik formalarına görə: зе́мли — земли́.

 


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı