İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 129610 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Rus dili

Yeni başlayanlar üçün Rus dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   


Yeni başlayanlar üçün rus dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə rus dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 3


Samitlərin mövqeli yumşaması

Rus dilində müəyyən mövqelərdə həm sərt, həm də yumşaq samit səslərə rast gəlinir, lakin belə rast gəlinən mövqelərin sayı çoxdur. Bu samitlərin saitlərin qarşısında (мол [мол] — мёл [м’ол]), sözün sonunda (кон [кон] — конь [кон’]), yerindən asılı olmayaraq [л], [л’] səslərinin yanında (полка [п́олка] — полька [п́ол’ка]) və [с], [с’], [з], [з’], [т], [т’], [д], [д’], [н], [н’], [р], [р’] səslərinin yanında [к], [к’], [г], [г’], [х], [х’], [б], [б’], [п], [п’], [м], [м’] səslərinin qarşısında (банка [б́анк’а] — банька [б́ан’ка], пурга [пурѓа] — серьга [с’ир’ѓа) mövqelərdir. Belə mövqelər sərt/yumşaq etibarilə gücldürlər.

Sərtliyinə, yumşaqlığına aid mövqeli dəyişikliklər yalnız səslərin bir-birinə təsirindən yarana bilərlər.

Mövqeli yumşama müasir rus dilində bilavasitə müxtəlif qrup samitlərə qarşı həyata keçirilir.

Bütün müasir rus dili danişanlarının nitqində ardıcıl olaraq yalnız əvəzləmə baş verir: [ч’] və [щ’] qabağında olan [н] səsi [н’] səsilə əvəz edilir.

барабанчик [бараб́ан’ч’ик],

барабанщик [бараб́ан’щ’ик]

Digər bir çox rus dili danışanların nitqində də [н’] və  [т’] önündə yerləşən [с]-nın və  [н’] və [д’] önündə yerləşən [з]-nın  mövqeli yumşaması baş verir.

кость [кос’т’],

песня [п’́эс’н’а],

жизнь [жыз’н’],

гвозди [гв́оз’д’и].

Bəzi danışanlarda (müasir dildə bu istisnadır) дверь [д’в’эр’], съем [с’й’эм] kimi sözlərin istifadəsi zamanı mövqeli yumşama da mümkündür.

лебедь-  лебе[т’]

ходьба -хо[д’]ба

больше - бо[л’]ше

колокольчик - колоко[л’]чик


Sərtliyin və yumşaqlığın yazıda işarə olunması

Kar/cingilti olmağından fərqli olaraq, qoşa samitlərin sərt/yumşaqlığı yalnız samit hərflər vasitəsilə deyil, digər üsullarla da işarə olunur.

Samitlərin yumşaqlığı belə əks olunur:

Sərt/yumşaq etibarilə cüt samitlər üçün yumşaqlıq belə işarə olunur:

1)       я, е, ё, ю, и hərfləri ilə (е əvvəlində götürülmə sözlərdə samit sərt ola bilər: пюре);

мёл – [м’о́]л

милый – [м’и́]лый

плюш – п’у́

кляп – к’а́]п

2) ь yumşaltma işarəsi ilə — sözün sonunda (конь), sözün ortasında,  [л’] yanında hər hansı samitin əvvəlində (полька), sərt samitin əvvəlində yerləşən yumşaq samitdən sonra (весьма, раньше), və [г’], [к’], [б’], [м’] yumşaq samitlərdən əvvəl yerləşən yumşaq samitin yanında:

петь – [п’э́]ть

конь –ко’]

банька – бан’]ка

лебедь – лебе’]

ходьба – хо’]ба

больше – бо’]ше

колокольчик – колоко’]чик

Digər hallarda yumşaltma işarəsi ь sözün ortasında cüt samitlərin yumşaqlığını işarə etmək üçün yazılmır, çünki mövqeli yumşaqlıq, səslərin digər mövqeli dəyişiklikləri kimi, yazıda işarə olunmur.

Мостик -  мocьтик

 песня - песьня

разве - разьве

Tək samitlər üçün yumşaqlığın əlavə olaraq işarələnməsinə ehtiyac yoxdur, ona görə də qrafik qaydalar mümkündür: «ча, ща а ilə yaz».

Cüt samitlərin sərtliyi güclü mövqelərdə yumşaltma işarəsinin yoxluğu ilə (кон, банка), samitdən sonra а, о, у, ы, э (мал, мол, мул, мыл, пэр) hərflərinin yazılışı ilə qeyd edilir; bəzi götürülmə sözlərdə sərt samit е əvvəlində də səslənir (фонетика).

Sərt qoşalaşmayan samitlərin sərtliyi, yumşaq qoşalaşmayan saitlərdə olduğu kimi, əlavə işarələnməni tələb etmir, bu səbəbdən жиши yazılışı haqda qrafik qaydanın, иы ц hərfindən sonra (цирк и цыган), оё жш  hərflərindən sonra (шорох и шёпот) yazılışı haqda orfoqrafik qaydaların mövcudluğu mümkündür.


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 633 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı