Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün İngilis dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10
Yeni başlayanlar üçün ingilis dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ingilis dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 1
Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. Birləşmiş Millətlər Təşkilatında istifadə olunan 5 əsas dildən ən işlək olam məhz ingilis dilidir. İndi ingilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur.
İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir. İndi ingilis dili özünəməxsus gözəlliyi və xüsusi ahəngi olan sabit və zəngin fonetik sistemə malikdir.
Dünyada mövcud olan bütün dillərin özünəməxsus səs sistemi olduğu kimi, İngilis və Azərbaycan dillərinin də bir-birindən köklü surətdə fərqlənən səs sistemləri vardır.HƏRFLƏR. Hərf hər bir səsin yazıdakı qrafiki təsviridir. Biz hərfi yazır və oxuyuruq. Hər bir söz hərflərin sistemli düzülüşündən ibarətdir.
İngilis və Azərbaycan əlifbaları Latın qrafikası əsasında yaradılmışdır. Lakin həmin hərflər formaca bir-birinə oxşasalar da onların hər biri müxtəlif cür adlanır və oxunur, məsələn, h hərfi Azərbaycan əlifbasında [he], İngilis əlifbasında isə [eɪtʃ] adlanır.
SƏSLƏR. Səs tələffüz olunur, yə'ni biz onu deyirik və eşidirik. Deyilən hər bir söz ayrı-ayn səslərin toplusundan ibarətdir. Səslər bir qayda olaraq sözün mənasını dəyişdirir. Sözün tərkibindəki səs dəyişilən kimi sözün mənasında da dəyişiklik baş verir, məsələn, ad-ad, ada-ada və s. Bəzən sözdə səs ilə hərflər say etibarilə uyğun gəlmir. Bu hal hər iki dildə mövcuddur, məsələn, Azərbaycan dilində ailə sözündə dörd hərf olduğu halda 5 səslə |ayilə| tələffüz olunur. İngilis dilində light - işıq sözündə 5 hərf olmasına baxmayaraq 3 səslə [lait] tələffüz edirik və s.
İngilis dilində olan 26 hərf 44 səsi ifadə edir. Həmin 44 səsdən 20- si sait, 24-ü isə samitdir. Hərflərdə olduğu kimi, müxtəlif dillərə məxsus olan səslərdə də müəyyən oxşarlıqlar müşahidə olunur, lakin belə oxşarlıqlar heç də eyniyyət təşkil etmir, məsələn, [d] səsi Azərbaycan və İngilis dillərində keyfiyyətcə xeyli fərqlənir. Azərbaycan dilində [d] səsi dilönü-dişarxası samiti olduğu halda, ingilis dilində [d] səsi dilucu-yuvaq samitidir. Sait səslərdə isə tələffüz fərqləri daha qabarıqdır. Deməli hər bir dilin öz səs quruluşu, səs və musiqi ahəngi vardır.
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində səslər quruluşca iki yerə bölünür: 1) sadə sait səslər, 2) mürəkkəb sait səslər. Azərbaycan dilində sait səslərin hamısı sadə səslərdir.
Sadə sait səslər bir tərkibli olmaqla onlara monoftonq (təkavazlı) deyilir. Monoftonq səslər qısa və uzun olur, məsələn, [о] qısa, [ә:] uzun, [I] qısa, [i:] uzun səsdir.
Mürəkkəb sait səslər də tərkibcə iki cür olur:
a) İkitərkibli mürəkkəb sait səslər. Bunlara diftonq (cütavazlı) deyilir. Diftonqu tələffüz edərkən onu təşkil edən elementləri bir-birindən ayırmaq olmaz, çünki onların hər ikisi birləşərək bir mürəkkəb fonem yaradır, məsələn, [ei], [ai], [oi] və s. Diftonqun birinci elementi vurğulu olduğu halda, ikinci elementi həmişə zəif tələffüz olunur.
b) Üçtərkibli mürəkkəb səslər, bunlara triftonq (üçavazlı) deyilir, məsələn, [auə], [aiə] və s. Tələffüz zamanı triftonqlar iki yerə bölünür, yəni triftonqun birinci tərəfi diftonq, ikinci tərəfi isə neytral səs vəziyyətində olur.
ƏLİFBA. Məlum tərifdə olduğu kimi hərflərin sıra ilə düzülüşünə əlifba deyilir. Hər bir hərfin məxsus olduğu dilin əlifbasında öz adı və yeri vardır. Azərbaycan əlifbası səs prinsipinə əsaslanır, yəni hər bir səs yazıda bir hərflə ifadə olunur. Ancaq ingilis əlifbası qrafik (işarə) təbiətli olmaqla tarixi-ənənəvi prinsipə əsaslanır, yəni bir səs bir və ya bir neçə hərflə ifadə oluna bilir. Ona görə də əksər hallarda sözdə səslə hərf bərabər kəmiyyətdə olmur. Buna baxmayaraq ingilis dilində xüsusi oxu qaydaları mövcuddur. Bu oxu qaydaları sözdə heca və vurğuya əsaslanır.
HECA. Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Adətən sait səslər heca yaradan səslər olur. Sait hərflər mənsub olduğu hecanın növündən asılı olaraq müxtəlif cür oxunur. İngilis dilində üç növ heca vardır:
1) açıq heca;
2) şərti açıq heca;
3) qapalı heca.
Məsələn:
1) Sonu saitlə bitən hecaya açıq heca deyilir. me [mi:] məni, mənə, he [hi:] (о) və s.
2)Sonu oxunmayan - e hərfi ilə əmələ gələn heca şərti açıq heca adlanır, məsələn, name [neim] ad, take [teik] götürmək və s. Açıq və şərti açıq hecalarda sait hərflər adətən öz adlan ilə oxunur.
3) Sonu samitlə bitən hecaya qapah heca deyilir, məsələn, hat [haet] şlyapa, cat [kaet] pişik, had [hasd] vardır / varıdır və s.
VURĞU. Sözdə bir hecanın digərinə nisbətən qüvvətli tələffüz edilməsinə vurğu deyilir. Müxtəlif dillərdə vurğu sözün müxtəlif hecalarının üzərinə düşür. Azərbaycan və əksər türk mənşəli dillərdə vurğu , adətən, sözün axırıncı hecasına, ingilis dilində isə sözün əvvəlinə, ortasına və sonuna düşə bilir, yəni ingilis dilində һөг sözün öz konkret vurğu yeri vardır. Vurğu sözün mənasını dəyişə bildiyi kimi, hərfin oxunuşunu da dəyişə bilir. Vurğu altında sait səslər tam və qüvvətli tələffüz olunduğu halda, vurğusuz hecada zəif tələffüz olunur, səs neytrallaşır, bəzən də tələffüz olunmur. Ona görə də sözləri öyrənərkən vurğuya diqqət yetirmək vacibdir. İngilis dilində vurğu əsasən birinci hecanın üzərinə düşür. Çoxhecalı sözlərdə iki və ya üç (əsas və ikinci dərəcəli) vurğu ola bilər.
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10