Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142639 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün İngilis dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10
Yeni başlayanlar üçün ingilis dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ingilis dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 6
1. A a hərfınin ən'ənəvi oxunuşundan başqa aşağıdakı fərqli oxunuş qaydaları da vardır:
a) Aa hərfi -11 samitlərinin qarşısında [o:] kimi oxunur
b) Aa hərfı aşağıdakı hərfbirləşmələrindən sonra uzun [a:] kimi tələffüz olunur:
a nce -France [fra:ns] Fransa
a nt -plant [pla:nt] bitki, ağac (ağac əkmək)
a ss-pass [pa:s] ötürmə; ötürmək (top və s.)
a st -past [pa:st] keçən, ötən, keçmiş
a sk -ask [a:sk] soruşmaq, sual vermək
a th -bath [ba:0] vanna (yuyunmaq üçün)
c) Aşağıdakı hallarda Aa hərfı w-dan sonra [ɔ] kimi oxunur;
want ['wɔnt] istək, ehtiyac; istəmək
ç
) Alınma sözlərin sonu -age və -ade ilə bitərsə a hərfi [ı] kimi oxunur, məsələn:
comrade ['komrıd] yoldaş (rəsmi müraciət forması kimi)
2. Ее hərfi bə'zi hallarda qısa [i], bə'zi hallarda isə uzun [i:] kimi oxunur, məsələn:
3. a) O o hərfi n, m, f, v, th hərflərinin qarşısında [ʌ] kimi oxunur:
son [sʌn] oğul, oğlu
b) о hərfi [u:] kimi oxunur:
who [hu:] kim? (sual əvəzliyi)
whose [hu:z] kimin? (sual əvəzliyi) whom [hu:m] kimə, kimi? (sual əvəzliyi)
c
) О о hərfı [ou] kimi oxunur:
whole [houl] bütün, bütöv
hope ['houp] ümid; ümid etmək
sole [soul] tək, tənha, təkcə
1. - ng hərfbirləşməsi iki cür oxunur:
a) [ŋ] kimi. Bu səs burun səsidir. Tələffüz zamanı dilin arxa hissəsi aşağı enir və yumşaq damağa söykənir. Hava axını burun boşluğundan keçir.
morning ['mornıŋ] səhər
b) -ng hərfbirləşməsi -1, -r, -w herflərindən hər hansı birinin qarşısında işləndikdə [ŋg] kimi oxunur. [ŋg] səsləri müstəqil [ŋ] və [g] səslərinin birlikdə tələffüzü kimidir, məsələn:
English ['ɪŋglɪʃ] ingilis dili
2. -nk hərfbirləşməsi [ŋk] kimi oxunur. Bu səs [ŋ] və [к] səslərinin birlikdə tələffüzü kimidir, məsələn:
ink [iŋk] mürəkkəb (yazmaq üçün)
3. -wh hərfbirləşməsi iki cür oxunur:
a) ümumiyyətlə [w] kimi oxunur, məsələn:
what [wot] nə, hansı?
where [wsə] haraya, haradan?
when [wen] nə vaxt, nə zaman?
b)-wh hərfbirləşməsi о hərfindən əvvəl gələrsə həmişə [h] kimi oxunur, məsələn:
who [hu:] kim? /sual əvəzliyi/
whose [hu:z] kimin? /yiyəlik əvəzliyi/
whole ['houl] bütün, bütöv, hamısı
whom [hu:m] kimə, kimi? ( obyekt əvəzliyi)
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10