İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Rus dili

Yeni başlayanlar üçün Rus dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   


Yeni başlayanlar üçün rus dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə rus dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 6


Orfoepiya (düzgün tələffüz qaydaları)

 «Orfoepiya» termini linqvistikada 2 mənada işlədilir:

1)  məna ifadə edən vahidin səsli tərtibatı ilə bağlı ədəbi dil normalarının məcmusu: müxtəlif mövqelərdə səsin tələffüzü qaydaları, vurğu və intonasiya qaydaları;

2) ədəbi dildə tələffüz qaydalarının müxtəlif şəkildə dəyişilməsini öyrənən və tələffüz tövsiyyələrini təkmilləşdirən elm;

Bu iki tərif arasında fərq bundadır ki, ikinci anlamda orfoepiya sahəsindən məhz fonetik qanunların təsiri ilə bağlı tələffüz normaları istisna edilir: saitlərin vurğusuz hecalarda tələffüz dəyişikliyi (reduksiya), samitlərin mövqeli zəifləməsi/güclənməsi və sairə. Belə anlamda orfoepiya sahəsinə yalnız o tələffüz normaları aiddir ki, hansı ki ədəbi dillə dəyişikliklərə yol verir, məsələn fışıltılı samitlərdən sonra həm [а], həm də [ы] tələffüzünə imkan verir ([жара́], [жысм'и́н]).

Təlim kompleksləri orfoepiyanı tələffüz haqqında elm kimi müəyyən edirlər, yəni birinci anlamda olduğu kimi. Beləliklə, bu komplekslərə görə, orfoepiya sahəsinə rus dilinin bütün tələffüz qaydaları aiddir: saitlərin vurğusuz hecalarda işlənməsi, samitlərin müəyyən mövqelərdə zəifləmə/güclənməsi, samitin digər samit qarşısında yumşaqlığı və sairə. Bu tələffüz qaydalarını artıq dərslərimizdə göstərmişik.

Eyni mövqedə tələffüzün dəyişilməsinə yol verən qaydalardan bunları xüsusilə qeyd etmək lazımdır:

1) gəlmə sözlərdə e saitin əvvəlində sərt və yumşaq samitlərin tələffüzü,

2) чтчн birləşmələrinin bəzi sözlərdə [шт] və [шн] kimi tələffüzü,

3) жж, жд, зж birləşmələrinin yerində [ж] və [ж'] səslərinin tələffüzü,

4) bəzi qruplarda samitlərin mövqeli zəifləməsinin dəyişkənliyi,

5) bəzi söz və söz formalarında vurğunun dəyişkənliyi.

Məhz belə sözlər və söz formalarının tələffüzü ilə bağlı tələffüz qaydaları orfoepik lüğətlərdə təsvir obyektidir.

Bu tələffüz qaydalarına qısa şərh verək.

Gəlmə sözlərdə e saitin əvvəlində sərt və yumşaq samitlərin tələffüz qaydası bu tip sözlərin hərəsi üçün ayrı-ayrılıqda tənzim olunur. Belə ki, tələffüz olunmalıdı:

Крем - к[р']ем,

Термин - [т']ермин,

Музей - му[з']ей,

Шинель - ши[н']ель,

Фонетика - фо[нэ]тика,

Теннис - [тэ]ннис,

Свитер - сви[тэ]р

Bir sıra sözlərdə dəyişik tələffüz mümkündür, məsələn прогресс - прог[р]есс прог[р']есс.

Bəzi sözlərdə чтчн birləşmələrinin [шт] və [шн] kimi tələffüzü də siyahı şəklində verilir. Belə ki, [шт] ilə что, чтобы sözləri tələffüz olunur, [шн] ilə - конечно, скучный, bir necə sözlərdə isə dəyişik tələffüzə yol verilir, məsələn двое[ч'н']ик və двое[шн']ик, було[ч'н]ая və було[шн]ая.

Qeyd etdiyimiz kimi, bəzi insanların nitqində, əsasən də yaşlı nəslin danışığında  bəzi sözlərdə жж, зж, жд hərf birləşmələrinin yerinə uzun yumşaq samit səs [ж'] iştirak edir: [дро́ж'и], [во́ж'и], [й'э́ж'у], [даж'и́].

Kiçik nəslin nitqində жжзж birləşmələrinin əvəzinə [ж] = [жж] ([дро́жы], [й'э́жу]), дожди sözündə жд birləşməsi əvəzinə [жд'] səsi tələffüz olunur (beləliklə, дождь sözünü zəiflətdikdə [дощ'] və [дошт'] tələffüz növlərini istifadə edə bilərik).

Mövqeli yumşalmanın dəyişikliyi haqda ayrı qruplarda mövqeli yumşalma hallarının təsviri zamanı artıq danışılmışdr.

Mövqeli yumşalmanın vacibliyi müxtəlif söz qruplarında eyni deyil. Müasir rus dili danışanların nitqində, dediyimiz kimi, yalnız ardıcıl olaraq [ч'] və [щ'] qabağında [н]-ın [н'] ilə əvəzləməsi baş verir.

барабанчик [бараба́н'ч'ик],

барабанщик [бараб́ан'щ'ик].

Digər samit qruplarında ya ümumiyyətlə yumşalma baş vermir, ya da ki yalnız rus dili danışanların bəzilərinin nitqində təsvir olunub və başqa nitqdə tamamən yoxdur.

лавки [ла́фк'и]

Bu halda ayrı samitlər qrupunda mövqeli yumşalmanın göstərilməsi müxtəlifdir. Belə ki, bir çox rus dili danışanların nitqində [н'] və [т'] qabağında [с], [н'] və [д'] qabağında [з] mövqeli yumşalma baş verir:

кость [кос'т'],

песня [п'́эс'н'а],

жизнь [жыз'н'],

гвозди [гв́оз'д'и],

 [зв'], [дв'], [св'], [зл'], [сл'], [сй'] və bir çox digər birləşmələrdə ilk samitin yumşalması isə istisna hallardır.

дверь [дв'эр'] və [д'в'эр'],

съем [сй'эм] və [с'й'эм],

если [й'́эсл'и] və [й'́эс'л'и]).

Madam ki, rus vurğusu yerdəyişən və hərəkətlidir, onun qoyulması bütün sözlər üçün bir tək qayda ilə tənzim oluna bilməz. Vurğunun sözlərdə və formalarda qoyuluşu həmçinin orfoepiya qaydaları ilə tənzim edilir. Beləki, məsələn, звонить sözündə vurğu indiki zaman forması şəkilçisindədir: звони́шь, звони́т. Bir necə sözlər bütün qrammatik formalarında dəyişkən vurğuya malikdir, məsələn творо́гтво́рог. Digər sözlər isə yalnız bəzi qrammatik formalarda dəyişkən vurğulara malikdir, məsələn: ткала́тка́ла, косу́ко́су.

Tələffüzdə dəyişikliklər orfoepik qaydaların əvəzlənməsi ilə törədilmiş ola bilər. Belə ki, linqvistikada “böyük” və “kiçik” orfoepik nörmalar qəbul olunub: yeni tələffüz tədricən  köhnəni sıxışdırıb çıxarir, lakin hansısa mərhələdə onlar yan-yanadırlar, əsasən müxtəlif insanların nitqində. Məhz “böyük” və “kiçik” normaların eyni zamanda işləməsi samitlərin mövqeli yumşalmasının dəyişkənliyi ilə bağlıdır.

Vurğusuz saitlərin fərqli tələffüzü də məhz bununla bağlıdır.

Vurğusuz vəziyyətdə tələffüzdə yumşaq samitlərdən sonra bütün vurğusuz saitlər [и] səsində üst-üstə düşür, istisna [у] səsi:

миры [м'иры́],

село [с'ило́],

пятёрка [п'ит'о́рка].

Vurğusuz hecada sərt fışıltılı [ж], [ш] –dan sonra və [ц] –dan sonra yazıda е hərfi ilə işarə olunan vurğusuz sait [ы] ilə tələffüz olunur.

Желать - ж[ы]лать,

Шептать - ш[ы]птать,

Цена - ц[ы]на

 [и], [ы], [у] səsləri tək vurğuda deyil, vurğusuz hecalarda da aydın tələffüz edilir:

Миры - м[и]ры́.

еяhərfləri əvəzinə vurğusuz hecalarda yumşaq samitlərdən sonra [иэ] olaraq tələffüz edilir, yəni ki [и] ilə [э] arasında səs

пятерка - п[иэ]тёрка

село - с[иэ]ло

Sərt fışıltılı [ж], [ш] və [ц] sonra е yerinə [ыэ] tələffüz olunur

Желать - ж[ыэ]лать

Шептать - ш[ыэ]птать

Цена - ц[ыэ]на

 


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı