İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142643 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün Ərəb dili

Yeni başlayanlar üçün Ərəb dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   


Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 9

Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.

Yeni dərslər zaman-zaman əlavə edilir


Doqquzuncu dərs.

Ərəb dilində feillər formaca üç zamandan birinə -المَاضِي -keçmiş , الحَالُ -indiki , və ya المستقبل -gələcək zamana aid olur.Zaman etibarı iləsə, üç qism bölünür 1. ماض – keçmiş zaman, 2. مُضَارِعٌgeniş zaman 3. أمْرٌ - əmr.

Gələcək zamanın )المستقبلəl-mustəqbəl) düzəldilməsi

Feillərin gələcək zamanının məlum və məchul növünü düzəltmək üçün indiki zamanın məlum və məchul növündə olan feillərin önünə سَ سَوْفَ ədatlarından biri artırılır.Məsələn: يَضْرِبُ = vurur və ya vurar  سَيَكْتُبُ = vuracaq , يَكْتُبُ سَوْفَ vuracaq, يُضْرَبُ =vurulur və ya vurular  سَيُكْتَبُ = vurulacaq ,  سَوْفَ يُكْتَبُ = vurulacaq.Digər şəxslərin də gələcək zamanı eyni qayda üzrə düzəlir.

ما inkar hərfi ilə

İndiki (الحال) və keçmiş zamanın(الماضي) məlum və məchul növünün inkarının düzəldilməsi.

Bunun üçün indiki zamanın məlum və məchul növündə olan feillərin önünə مَا inkar ədatı gətirilir.

Məsələn:ما يَكْتُبُ - yazmır , مَا يُكْتَبُ yazılmır, مَا كَتَبَyazmadı , مَا كُتِبَyazılmadı. Qeyd: ما inkar ədatının vasitəsi ilə düzələn indiki zamanın inkarı ənənəvi ərəb qramatikasında “nəfy əl-hal” (نفي الحال), keçmiş zamanın inkarı isə “nəfy əl-madi”( نفي الماضي) adlanır.Önündə inkar ədatı işlənmiş feillər ərəb qramatik istilahında “mənfi” (منفي), önündə heç bir inkar ədat işlənməmiş feil isə “müsbət”(مثبت) feil hesab edilir.

لم - inkar hərfi

Keçmiş zamanın məchul və məlum növünün inkar formasını daha başqa bir üsul ilə düzəltmək mümkündür.Bunun üçün indiki zamanın məlum və məchul növündə olan feillərin önünə لَمْ inkar ədatı gətirilir.Önünə لَمْ inkar ədatı gətirilmiş feilin sonunun sukunlanması və ya sonuncu zaid hərflərdən birinin atılması, لَمْ qoşulmuş feilin hansı şəxsdə olmasından aslıdır. Əgər feil birinci şəxsin təkində və cəmində ,ikinci şəsin təkində kişi cinsində ,üçüncü şəxsin təkində qadın və kişi cinsində olarsa , bu zaman feilin sonu sukunlanacaqdır.Qalan şəxslərdə isə sonuna əlavə edilmiş zaid hərflərdən biri atılacaq.İndiki zamanda olan feillərin məlum və məchul növünün لَمْ inkar ədatı ilə işlənməsini model formasında belə göstərə bilərik.


 

لَمْ أفْعَلْ / لم اُفْعَلْ

لَمْ تَفْعَلْ / لَمْ تُفْعَلْ – لَمْ تَفْعَلِي / لَمْ تُفْعَلِي

لَمْ يَفْعَلْ / لم يُفْعَلْ – لم تَفْعَلْ / لم تُفْعَلْ


 

لم نَفْعَلْ / لم نُفْعَلْ

لم تَفْعَلُوا / لم تَفْعَلْنَ – لم تُفْعَلُوا / لم تُفْعَلْنَ

لم يَفْعَلُوا / لم يَفْعَلْنَ – لم يُفْعَلُوا / لم يُفْعَلْنَ

لم نَفْعَلْ / لم نُفْعَلْ

لم تَفْعَلَا / لم تُفْعَلاَ – لم تَفْعَلاَ / لم تُفْعَلاَ

لم يَفْعَلَا / لم يُفْعَلاَ – لم تَفْعَلَا / لم تُفْعَلَا

لم inkar ədatı ilə düzələn indiki zamanın məlum və məchul növünün inkarı ənənəvi ərəb qramatikasında “əl-cəhd əl- mutlaq” (الجحد المطلق)adlanır. لم inkar ədatının qoşulduqu feil formaca (وَضْعًا) indiki zamanda olsa da , feil zaman baxımından keçmişə aid olur. Məsələ ilə bağlı belə bir qayda ilə razılaşmaq mümkündür. لم + يفعل =فعل مَا / Eyni məna.

لَمَّا –inkar hərfi

Baş verməsi nəzərdə tutulduqu halda danışacaqımız vaxta qədər hələ də icarsı baş tutmayan feillərin ifadə forması indiki zamanın məlum və məchul növündə olan feillərin önünə لَمَّا (hələ +feilin xəbər şəkilçisi+ ma-inkar şəkilçisi + mənsubiyyət şəkilçisi ) inkar ədatı gətirmək ilə düzəlir.Bu zaman o , eynən önünə لم inkar ədatı qoşulmuş feillərin məruz qaldıqı dəyişikliyə məruz qalır.(Yuxarıda لم inkar ədatına qoşulmuş feillərə baxın).Bu feillər qeyd etdiyimiz kimi işin hələ baş tutmadıqını bildirir.

Məsələn: لَمَّا يَكْتُبْ - (o) hələ yazmayıb, لَمَّا يُكْتَبْ o hələ yazılmayıb.

Qeyd: Önündə لَمَّا inkar ədatı işlənmiş feillər Azərbaycan dilinə nəqli keçmiş zaman kimi tərcümə olunur və bu feillərə ənənəvi ərəb qramatikasında (الجحد المستغرق) deyilir.

لا -inkar hərfi

İndiki zamanın məlum və məchul növdə olan feillərin önünə لا inkar ədatı gətirildikdə bu zaman feil həm qəti gələcək zamanın həm də qeyri qəti gələcək zamanın inkarı mənasını verir.Məsələn: لا يَكْتُبُ(o) yazmaz(qeyri qəti gələcək zaman) və ya o yazmayacaq(qəti gələcək zaman). لا يُكْتَبُo yazılmaz (qeyri qəti gələcək zaman) və ya o yazılmayacaq(qəti gələcək zaman). Digər şəxslər üzrə feillərin لاinkar ədatı ilə təsrif qaydası bu şəkildə davam edir. Qeyd: Önündə لا inkar ədatı işlənmiş indiki zamanın məlum və məchul növündə olan feillərin qəti və ya qeyri qəti gələcək zamanın inkarı ifadəsi ənənəvi ərəb qramatikasında (نفي الاستقبال) kimi bir idiomatik ifadə ilə əvəz olunur.

Nəsb edən لَنْ hərfi.

Azərbaycan dilindən fərqli olaraq ərəb dilində isim qruplu sözlər ilə yanaşı feillərin də hal kateqoriyası mövcuddur.Feillərin hal kateqoriyaları barəsində məlumatın gələcək dərslərimizdə geniş şəkildə verilməsi planlaşdırıldığı üçün bu dəfə feilin yalnız bir hal kateqoriyasına qısaca toxunulacaqdır.Feilin üç (raf,nasb, cəzm )halından biri olan nasb halı bir sıra nasb hərflərinin onun önündə işlənməsi ilə meydana çıxır.Bu hərflərdən biri لن hərfidir .Bu hərf indiki zamanın məlum və məchul növündə olan feillərin önündə işlənib onların mənasını qəti gələcək zamanın inkar formasına çevirir.Bunun ilə yanaşı feil dilimizə tərcümədə” heç zaman”, ” əbədiyyəyən” və sair kimi zaman zərfləri ilə tərcümə edilir.Məsələn : لَن يَكْتُبَ (o) heç zaman yazmayacaq, يُكْتَبَلن (o) heç zaman yazılmayacaq. لن hərfinin qoşulduqu feillərin sonu şəxslərə müvafiq olaraq bəzən fəthə ilə işarələnir bəzən də sonda olan zaid hərflərdən biri atılır.Müqayisəli şəkildə başqa cür ifadə etsək, لم inkar hərfinin sükunladıqı şəxsləri لن hərfi fəthə ilə işarə edir və digər yerdə qalan şəxslərin isə zaid hərfləri atılır , başqa bir ifadı ilə həzf (حذف)olunur. Məsələn:


 

لَنْ اَفْعَلَ - لن اُفْعَلَ

لن تَفْعَلَ / تَفْعَلِي – لن تُفْعَلَ / لن تُفْعَلِي

لن يَفْعَلَ / لن تَفْعَلَ – لن يُفْعَلَ /لن تُفْعَلَ


 

لن نُفْعَلَ – لن نُفْعَلَ

لن تَفْعَلُوا / تَفْعَلنَ – تُفْعَلُوا / لم تُفعَلْنَ

لن يَفْعَلُوا / لن يَفْعَلنَ – لن يُفْعَلُوا / لن يُفْعَلنَ


 

لن نُفْعَلَ – لن نُفْعَلَ

لن تَفْعَلَا / لن تَفْعَلَا – لن تُفْعَلَا /– لن تُفْعَلَا

لن يَفْعَلَا / لن تَفْعَلَا – لن يُفْعَلَا /– لن تُفْعَلَا


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10    Dərs 11    Dərs 12    Dərs 13    Dərs 14    Dərs 15    Dərs 16    Dərs 17    Dərs 18    Dərs 19    Dərs 20    Dərs 21    Dərs 22    Dərs 23    Dərs 24    Dərs 25    Dərs 26    Dərs 27    Dərs 28    Dərs 29    Dərs 30    Dərs 31    Dərs 32    Dərs 33    Dərs 34    Dərs 35   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı