Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Ərəb dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35
Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 11
Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.
Yeni dərslər zaman-zaman əlavə edilir
Təkid nunu
Ərəb dilində iki növ təkid nunu vardır.
1.ağır təkid nunu. نَّ
2.yüngül təkid nunu.نْ
“Ağır, təkidli nun”-una النون المؤكدة الثقيلةdeyilir.”Yüngül, təkidli nun”-nuna isə النون المؤكدة الخفيفة deyilir.”Təkid nun”-ları yalnız (təsdiq və nadirən inkar formada olan) indiki zaman feillərinin və (təsdiq və inkar)əmr formasında olan feillərin sonuna birləşdirilir.Təkid nunu birləşmiş feil məna baxımından qətilik,mütləqlik ifadə edir.Təkid nunu feilin sonuna birləşərkən feilin sonunda bəzi dəyişikliklər baş verir.Əgər feilin sonunda zaid (feilin kökündən olmayan) hərflər varsa, onlar düşür.İkinci və üçüncü şəxsin təsniyəsində isə yalnız sondakı təsniyə əlifi zaid hərf olmağına baxmayaraq, saxlanılır,sonuncu nun hərfi düşür. Birinci şəxsin təki,cəmi və təsniyəsinə təkid nunu artırıldıqda bu zaman feilin əsli hərflərinin sonuncusu fəthə qəbul edir.Həmçinin bu cür dəyişiklik ikinci və üçüncü şəxsin kişi cinsinin tək formasında da baş verir.İkinci şəxsin təki qadın cinsində,ikinci və üçüncü şəxsin cəminin kişi cinsində nun hərfləri və əslində zamir olan, cəmlik bildirən vav hərfləri düşür .Mutəkəllim şəxsin kişi və qadın cinsinin tək,cüt,cəm şəxslərini,ikinci şəxsin(muxatab) kişi cinsinin təkini , üçüncü şəxsin(ğaib) kişi və qadın cinsinin təkini çıxmaq şərti ilə, yerdə qalan şəxslərə “təkid nun-”u birləşərkən felin sonuncu əsli hərfinin hərəkəsi fəthə yox,zaid hərf düşəndən sonra əsli hərfin hərəkəsi nədirsə ,o cür də qalır.Lakin bir şeyi nəzərə almaq lazımdır ki, ikinci və üçüncü şəxsin qadın cinsinin cəmi məbni (tərpənməz) olduğu üçün ,bu şəxslərə “ağır təkid nun”-u birləşəndə heç bir zaid hərf düşməz,feilin sonu fəthə ilə qurtardığı halda , “ağır təkid nun”-una birləşər.Bü bu tün qaydalara əmr formasında da riayət edilər.
Qeyd: İkinci və üçüncü şəxsin qadın və kişi cinsinin təsniyələrinə və ikinci və üçüncü şəxsin qadın cinsinin cəminə ağır təkid nunu birləşərkən təkid nunu-nun fəthəsi kəsrə ilə əvəz edilir(نِّ).Bundan əlavə ağır təkid nunu qadın cinsinin ikinci və üçüncü şəxsinin cəminə birləşərkən feilin sonundakı “nun ən-nisva” ilə ağır təkidli nun-un arasına bir əlif daxil olur.
أفْعَلَنَّ
تَفْعَلَنَّ – تَفْعَلِنَّ
يَفْعَلَنَّ – تَفْعَلَنَّ
نَفْعَلَنَّ
تَفْعَلَانِّ - تَفْعَلَانِّ
يَفْعَلَانِّ – تَفْعَلَانِّ
نَفْعَلَنَّ
تَفْعَلُنَّ – تَفْعَلْنَانِّ
يَفْعَلُنَّ – يَفْعَلْنَانِّ
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35