Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142647 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Ərəb dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35
Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 6
Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.
Yeni dərslər zaman-zaman əlavə edilir
İkinci şəxsdə(muxatab) olan feillərin məlum növ əmr formasının təsdiqi.
Qeyd olunan (muxatab) şəxs üzrə felin məlum növünün əmr formasının təsdiqini düzəltmək üçün diqqət ediləsi vacib olan məsələ feilin tipik saitidir.Məhz feilin tipik saitindən istifadə etmək ilə onun ikinci şəxs üzrə məlum növünün əmr formasının təsdiqi düzəldilir.Tipik saitin müxtəlifliyindən asılı olaraq ikinci şəxs üzrə məlum əmr formasının təsdiqinin düzəldilməsi üçün üç növ model təqdim oluna bilər.Bu modellərdən hansının ikinci kök hərfinin hərəkəsi felin tipik saiti ilə uyqunluq təşkil edərsə, felin məlum əmr formasının təsdiqinin düzəldilməsində həmin model dən istifadə edilər.Öncəki dərslərimizin birində feillərin tipik saitlərinin ya fəthə(ə ) ya kəsrə(i) ya da ki dammə (u) olduqunu öyrənmişdik.Tipik saitin müxtəlifliyindən asılı olaraq əmələ gəlmiş üç model aşağıdakılardır.
إِفْعِلْ-1
إِفْعَلْ2
اُفْعُلْ3
Bir rəqəmi ilə nömrələnmiş إِفْعِلْ modeli tipik saiti kəsrə (i) olan feillərin ikinci şəxs üzrə məlum növ əmr formasının təsdiqini düzəltmək üçün istifadə edilir.Məsəslən: ضَرَبَ –vurdu – feilinin tipik saiti kəsrə (i) olduqu üçün bu feilin əmr forması إِفْعِلْ –modelindən istifadə etmək ilə düzəlir.Məsələn : إِضْرِبْ –vur.Həmçinin tipik saiti fəthə olan feillərin əmr forması إِفْعَلْ modeli üzrə ,tipik saiti dammə (u) olan feillərin əmr forması isə اُفْعُلْ modeli üzrə düzəlir.Məsələn سَمِعَ (ə) = إِسْمَعْ ,
دَخَلَ (u) = أُدْخُلْ
Qeyd edək ki, verilən model misalları yalnız kəmiyyətcə ikinci şəxsin təkinə cins baxımından isə kişi cinsinə aiddir.İkinci şəxsin kişi və qadın cinsinin digər kəmiyyətlər üzrə əmr forması aşağıdakı kimi düzəlir.
Cüt şəxs kişi cinsi - Cəm şəxs kişi cinsi - Tək şəsx kişi cinsi
إِضْرِبُوا إِضْرِبَا إِضْرِبْ
(Siz ikiniz) vurun Vurun Vur
Cüt şəxs kişi cinsi Cəm şəxs qadın cinsi Tək şəxs qadın cinsi
إِضْرِبِي إِضْرِبْنَ إِضْرِبَا
(siz ikiniz) Vurunuz Vurun Vur
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35