Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün Ərəb dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35
Yeni başlayanlar üçün ərəb dili. Verilmiş 35 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ərəb dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 7
Qeyd: Ərəb dili dərslərinin müəlliflik hüququ Ruslan Məmmədova məxsusdur.
Yeni dərslər zaman-zaman əlavə edilir
Birinci(mutəkəllim) və üçüncü şəxsdə(ğaib) olan feillərin məlum növ əmr formasının təsdiqi.
Bunun üçün birinci və üçüncü şəxslərdə indiki zamanın məlum növündə olan feillərin önünə ləmul-əmr adlanan kəsrəsi olan bir ləm( لِ) hərfi gətirilir.Önünə ləmul-əmr gətirilən feil şəxsə və cinsə (müənnəslik və müzəkkərliyə) müvafiq olaraq bəzən sukunlanır bəzən də əsli olmayan son hərflərindən birini itirir.Bunu aşağıdakı misallarda görmək olar.
Birinci şəxsin tək , cəm və cüt şəxsləri ( kişi və qadın cinsi)
لِأَضْرِبْ (qoy) vurum
لِنَضْرِبْ (qoy) vuraq
لِنَضْرِبْ (qoy) ikimiz vuraq
Üçüncü şəxsin tək , cəm və cüt şəxsləri (kişi cinsi)
لِيَضْرِبْ (qoy) vursun
لِيَضْرِبُوا (qoy) vursunlar
لِيَضْرِبَا (qoy) o ikisi vursun
Üçüncü şəxsin tək , cəm və cüt şəxsləri (qadın cinsi)
لِتَضْرِبْ –(qoy) vursun
لِيَضْرِبْنَ –(qoy) vursunlar
لِتَضْرِبَا –(qoy) o ikisi vursun
Qeyd:Birinci və üçüncü şəxsdə olan feillərin əmr forması azərbaycan dilinə tərcümə edilərkən “qoy” qüvvətləndirici ədatı ilə, həm də qüvvətləndirici ədat olmadan tərcümə edilə bilər.Məsələn:لِيَضْرِبْ –qoy vursun və ya vursun.
Verilən numunələrə diqqət etsək görərik ki,kişi cinsinin üçüncü şəxsinin cəmində və təsniyəsində feillər əsli hərflərindən olmayan hərflərdən birini itirsələr də lakin birinci şəxsin təkində, cəmində , təsniyəsində və üçüncü şəxsin təkində sukun qəbul etmişlər.Həmçinin əmr formasında olan bu feillər qadın cinsinin birinci şəxsinin təkində, cəmində , təsniyəsində və üçüncü şəxsin təkində və cəmində sukun qəbul etmələrinə baxmayaraq üçüncü şəxsin təsniyəsində əsli hərflərindən olmayan hərflərdən sonuncunu itirmişdir.
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10 Dərs 11 Dərs 12 Dərs 13 Dərs 14 Dərs 15 Dərs 16 Dərs 17 Dərs 18 Dərs 19 Dərs 20 Dərs 21 Dərs 22 Dərs 23 Dərs 24 Dərs 25 Dərs 26 Dərs 27 Dərs 28 Dərs 29 Dərs 30 Dərs 31 Dərs 32 Dərs 33 Dərs 34 Dərs 35