Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142644 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün İngilis dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10
Yeni başlayanlar üçün ingilis dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ingilis dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 8
1. О о hərfı -ld hərfbirləşməsinin qarşısında [ou] oxunur:
fold [fould] qat, lay, qatlamaq
old [ould] qoca, köhnə, qədim
cold [kould] soyuq /hava/
2. I i hərfı -nd, -ld hərfbirləşmələrinin qarşısuıda [ai] oxunur:
find [faind] tapmaq, aşkar etmək
child [tfaid] uşaq, körpə
kind [kaind] nəzakətli, mülayim
istisna: wind [wind] külək
3. -ow [ou] hərfbirləşməsi [au] oxunur, məsələn:
crowd [kraud] camaat, kütlə
how [hau] necə, nə cür
now [nau] indi, hal-hazırda
cow [kau] inək
-ow hərfbirləşməsi çoxhecalı sözlərin tərkibində, xüsusən də sonunda vurğusuz halda [ou] oxunur:
window ['wındou] pəncərə
yellow ['jelou] sarı (rəng)
-ow [ou] (təkhecalı və birinci hecası vurğulu olan ikihecalı sözlərin sonunda): grow, blow, low, narrow, yellow, window,
-
ow (sözün ortasında, əsasən -n, -1, b-dən əvvəl): [au] oxunur town, howl, crown, brown:
-
ow söz kökünün sonunda və eyni kökdən düzəldilən sözlərdə [au] охунур: now, how, allow, allowing:
Müqayisə edin:
now [nau] yellow ['jelou]
how [hau] window ['wındou]
down [daun] down hill ['daun hil]
Qeyd: - ow hərfbirləşməsinin düzgün oxunuşunu müəyyənləşdirmək üçün lüğətə müraciət etmək məsləhətdir:
4. oa [ou] (əsasən sözün ortasmda, bəzən də əvvəlində): goat, coat, soap, oak, oaf, float, goal, foam, throat, woad
5. ai [ei] (sonu samitlə bitən sözlərin əvvəlində, ortasmda): aim, aid, ail, faint, vainly, explain, main, saint, paint, plain, wait, waist
6. ay [ei] (söz kökündə, vurğulu hecada): day, play, say, may, pay, gray, spray, tray, ray, rayon, sway, lay, holiday, pray, bay
7. oi [oi] (sözün əvvəlində və ortasında): oil, boil, join, toil, coin:
8. oy [oı](əsasən sözün kökündə): boy, toy, Roy, employ, envoy:
9. ou [au] (qapah hecada, sözün əvvəlində və ortasında): out, loud, cloud, shout, round, stout, mount, pound, found, proud.
İstisna: young, country, cousin
10. -ere hərfbirləşməsi here [hiə] sözündə olduğu kimi [iə] oxunuşundan başqa müstəsna hallarda olaraq [ɛə] kimi də oxuna bilir, məsələn:
therefore ['ðɛəfɔː] buna (ona) görə də
where [wɛə] hara, haraya, harada
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10