Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Yeni başlayanlar üçün İngilis dili
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10
Yeni başlayanlar üçün ingilis dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ingilis dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 3
1.I i [ai] hərfı iki cür oxunur:
a) I i hərfı vurğulu açıq hecada əlifbadakı kimi [ai] oxunur,
məsələn:
I
[ai] mən (şəxs əvəzliyi)
time [taim] vaxt nice [nais] qəşəng
fine [fain] qəşəng pine [pain] şam ağacı
life [laif] həyat ice [ais] buz
b) I i hərfi vurğulu qapah hecada [i] kimi oxunur, məsələn:
in [in] -da, -də (içində)
it [it] o, (şəxs əvəzliyi, orta cins)
is (to be) [iz] -dır, -dir,-dur, -dür
2. Y у [wai] hərfi 3 cür oxunur:
a) Y hərfi sözlərin əvvəlində [j] kimi oxunur və bu səs Azərbaycan dili (у) səsinə oxşayır, məsələn:
ye [je] hə, bəli
yes [jes] bəli
yet [jet] hələ, həle də
b) Y hərfi təkhecalı sözlərin sonunda [ai] kimi oxunur:
my [mai] mənim
by [bai] -la,-lə, ilə, tərəfindən
c) Y hərfi iki və daha artıq hecalı sözlərin sonunda [i] kimi oxunur:
tidy [taıdı] səliqəli, yığcam
lady ['leidı] xanım
lazy ['leizı] tənbəl
family ['faemılı] ailə
3. - ay hərf birləşməsi [ei] kimi oxunur, məsələn:
may [mei] olar
day [deı] gün
pay [pei] ödəmək
4. К к [kei] hərfı [к] kimi oxunur. Bu səs Azerbaycan dilindəki "kassa" sözündəki (к) kimi tələffüz olunur, məsələn:
take [teik] götünrıək, qəbul etmək
make [meık] etmək, düzəltmək
5. H h hərfı yalnız [h] kimi oxunur, məsələn:
hat [hæt] şlyapa, (Azərbaycan dilində Həsən, hökm, səhər sözlərindəki [h] kimi tələffüz olunur).
6. ch hərfbirləşmesi iki cür oxunur:
chick [tʃık] cücə, uşaq
bench [bentʃ] skamya, kürsü
child ['tʃaild] uşaq, körpə
Əsasən yunan mənşəli sözlərdə -ch hərfbirləşməsi [k] kimi oxunur, məsələn:
ache [eık] ağrı, əziyyət
character ['karıktə] xarakter, xüsusiyyət
chemistry ['kemıstrı] kimya
orchestra [orkestrə] orkestr
[tʃ] və [к] səslərinin hər ikisi Azərbaycan dili səs sistemində də vardır.
Qeyd: - ld hərfbirləşməsi qarştsında i hərfi [ai] kimi
child [tʃaild] uşaq
mild [maild] mülayim
wild [waild] vəhşi
7. -ck hərfbirləşməsi [к] kimi oxunur:
black [blsek] qara (rəng)
back [bk] arxa, kürək (insanın və s.) sack [saek] kisə, torba, çuval
8. sh hərfbirləşməsi [ʃ] kimi oxunur,
9. P p hərfi bir cür, [p] kimi oxunur;
Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1 Dərs 2 Dərs 3 Dərs 4 Dərs 5 Dərs 6 Dərs 7 Dərs 8 Dərs 9 Dərs 10