Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 6: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)
Keçmiş davamedici zaman
Keçmiş davamedici zamandan dəqiq göstərilmiş vaxtda hər hansı bir işi etməyin ortasında olduğunu bildirmək üçün istifadə olunur. Hərəkət və ya vəziyyət həmin vaxtdan əvvəl başlamış və o vaxt üçün hələ bitməmişdir.
This time last year I was living in Brazil.
What were you doing at 10 o'clock last night?
I waved to her but she wasn't looking.
Çox vaxt keçmiş zamanla keçmiş davamedici zamanı yanaşı işlədəndə hadisələrdən birinin digərinin arasında baş verdiyini bildirmək istəyirik:
Tom burnt his hand when he was cooking the dinner.
I saw you in the park yesterday. You were sitting on the grass and reading a book.
While I was working in the garden, I hurt my back.
Keçmiş zamanı adətən bir hadisənin digərindən sonra olduğunu bildirmək üçün isifadə edirik.
I was walking along the road when I saw Dave. So I stopped and we had a chat.
Bəzi fellər var ki, adətən keçmiş davamedici zamanda işlənmir. Məsələn: know / want / believe
We were good friends. We knew each other well. ('we were knowing' - yox)
I was enjoying the party but Chris wanted to go home ('was wanting' - yox)