Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142614 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 5: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
İndiki zaman
İndiki zaman fellərə -s, -es şəkilçisi artırılmaqla və ya tam şəkilçisiz düzəlir. Aşağıdakı cədvəldə baxaq:
I
|
read
|
We
|
do
|
You
|
go
|
You
|
work
|
He/She/It
|
likes
|
They
|
listen
|
I work in a shop. My brother works in a bank.
Linda lives in London. Her parents live in Scotland.
It rains a lot in winter.
Qeyd: -es şəkilçisi -s / -sh / -ch ilə bitən sözlərin sonuna əlavə olunur: pass —> passes, finish —> finishes, watch —> watches.
-y hərfi ilə bitən sözlərdə bu hərf atılır və indiki zaman şəkilçisi -ies formasında əlavə olunur: study —> studies, try —> tries.
Bəzi sözlər var ki, onlarla istisna hal kimi -es şəkilçisi işlənir: do —> does, go —> goes.
İndiki zaman formasından əsasən ümumi olan anlayışları, bəzən və ya həmişə baş verən hərəkətləri bildirmək üçün istifadə edirik:
The shops open at 9 o'clock and close at 5.30.
Tim works very hard. He starts at 7.30 and finishes at 8 o'clock in the evening.
The Earth goes round the Sun.
İndiki zaman üçün səciyyəvi olan bir sıra sözlər mövcuddur: always / never /often / sometimes / usually və s.
Sue always arrives at work early. (Sue arrives always -- yox)
I usually go to work by car but sometimes I walk. (I go usually -- yox)
Julia never eats breakfast.
Tom lives near us. We often see him.