Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142644 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 23: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
Qaydalı və qaydasız fellər
Qaydalı fellər:
Qaydalı fellərin keçmiş və bitmiş forması fel kökünün sonuna -ed şəkilçisini əlavə etməklə düzəlir:
clean —> cleaned live —> lived paint —> painted study —> studied
Keçmiş zamanda:
- I cleaned my shoes yesterday.
- Charlie studied engineering at university.
Bitmiş forması:
- I have cleaned my shoes.
- Jane has lived in London for ten years.
- These rooms are cleaned every day.
- My car has been repaired.
Qaydasız fellər:
Qaydasız fellər də isə keçmiş və bitmiş formada fel kökləri dəyişir.
Keçmiş və bitmiş forması eyni olan qaydasız fellər:
make —> made find —> found buy —> bought cut —> cut
- I made a cake yesterday.
- I have made some coffee.
- Butter is made from milk.
Keçmiş və bitmiş forması fərqli olan fellər:
break —> broke —>broken know —> knew —>known
begin —>began —> begun go —> went —> gone
- Somebody broke this window last night.
- Somebody has broken this window.
- This window was broken last night.
Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.