Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 16: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
İndiki bitmiş zaman - 3
Ever və never:
İndiki bitmiş zamana spesifik olan ever sözü sual cümlələrində və never sözü inkar cümlələrində işlənir:
'Has Ann ever been to Australia?' 'Yes, once.' (once = one time)
'Have you ever played golf?' 'Yes, I often play golf.'
My mother has never travelled by air.
I've never ridden a horse.
'Who is that man?' 'I don't know. I've never seen him before.'
Been və gone:
Çox zaman bu sözləri bir-birilə qarışdırsalar da been -- olmaq mənasını, gone isə -- getmək mənasını verir. Aşağıdakı misallarda müqayisə edək:
I can't find Susan. Where has she gone? (= Where is she now?)
Oh, hello Susan! I was looking for you. Where have you been?