Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 4: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)
Keçmiş davamedici zaman və keçmiş zaman
Biz keçmiş dövrdə eyni zaman kəsiyində baş verən hadisələr haqqında danışarkən həm keçmiş davamedici zamandan, həm də keçmiş zamandan istifadə edə bilərik:
Sally was reading to the children while Kevin was washing up. (və ya...read...washed up.)
Keçmiş davamedici zaman onu göstərir ki, həmin müddətdə hadisə davam edirdiç keçmiş zaman isə bu hadisənin artıq olub bitdiyini bildirir. Aşağıdakı misala diqqət yetirək:
When I was learning / learned to drive I was living wirh my parents. -- was learning ilə olan cümlədə məna belə çıxır ki, o valideynləri ilə yaşadığı müddətdə hələ maşın sürməyi öyrənirdi, hələ tam bitirməmişdi. Lakin learned olan cümlədə isə o, valideynləri ilə yaşadığı dövrdə artıq maşın sürməyi tam öyrənib bitirmişdir.
Biz əgər keçmişdə ardıcıl olaraq baş vermiş və tamamlanmış hadisələr haqqında danışırıqsa onda keçmiş zamandan istifadə edirik (keçmiş davamedicidən yox):
She got up when the alarm clock went off.
He jumped out of bed and ran to see who the parcel was for.
Keçmişdə bir neçə dəfə baş vermiş hadisələri bildirmək üçün əsasən keçmiş zamandan istifadə edirik:
We went to Spain three times last year.
Did you drive past her house every day?
Lakin bu bir neçə dəfə baş vermiş hadisənin müvəqqəti olaraq və məhdud vaxt ərzində baş verdiyini vurğulamaq istəyəndə danışıq dilində keçmiş davamedici zamandan da istifadə edə bilərik:
When Carlo was in hospital, we were visiting him twice a day. (və ya...we visited...)
To lose weight before the race, I wasn't eating any sweets or biscuits for weeks. (və ya...I didn't eat...)
Və ya əgər hadsələr təəccüblü və qeyri-adi olaraq tez-tez baş verirsə keçmiş davamedici zamandan yenə də istifadə etmək olar:
Last week I was having to bring work home every night to gel it all done. (və ya...had...)
When the builders were here I was making them cups of tea all the time. (və ya...made...)
Keçmişdə baş vermiş vahid bir hadisəni nəql edəndə, məruzə edəndə əsasən keçmiş zamandan və o müddətdə olan vəziyyəti izah etmək üçün keçmiş davamedici zamandan istifadə olunur:
Erika dropped her bag while she was getting into her car.
She was shaking with anger as she left the hotel.
Eləmək istədiyimiz hərəkətlər barəsində danışanda həm keçmiş zamandan, həm də keçmiş davmedici zamandan istifadə edə bilərik:
We were meaning to call in and see you, but Jane wasn't feeling well. (və ya We meant...)
Digər bu kimi fellərə aiddir: consider -ing; expect to; hope to; intend to; plan to / on -ing; think about -ing / of -ing; want to.