İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142613 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 15: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Can, could, be able to, be allowed to

Untitled Document

Bacarmaq:

Bəzən cancould modal felləri əvəzinə be able to-dan istifadə olunur. Lakin bəzən be able to-u işlətmək olmaz:

* Əgər hərəkət danışıq zamanı baş verirsə və indiyə aiddirsə:
Watch me, Mum; I can stand on one leg. (I'm able to stand on one leg.-- yox)

* Məchul növlü fellərdən əvvəl:
CDs can now be copied easily. (CDs are now able to be copied... -- yox)

* Əgər məna "necə ediliyini bilmək"-dirsə:
Can you cook? (Are you able to cook? -- yox)


Əgər yeganə bir nailiyyət haqqında danışırıqsa və o, ümumidə bacarıq deyilsə onda daha çox be able to-dan istifadə olunur:

Sue could play the flute quite well, (və ya...was able to...; a general ability) -- She swam strongly and was able to cross the river easily, even though it was swollen by the heavy rain. (She swam strongly and could cross... -- yox; a specific achievement)


Could modal felindən istifadə aşağıdakı hallarda daha təbiidir:

* İnkar cümlələrində:

I tried to get up but I couldn't move, (...I wasn't able to move.-- dən daha təbii)

* Hissiyatla bağlı (feel, hear, see, smell, taste) və düşüncə ilə bağlı (believe, decide, remember, understand) fellərlə:

I could remember the crash, but nothing after that. (I was able to remember... -- dən daha təbii)

* Only thing/place/time ifadələrindən və ona oxşar mənalı bütün digər ifadələrdən sonra:

All we could see were his feet. (All we were able to... -- dən daha təbii)

* Baş verməyən və almost, hardly, just, nearly sözləri ilə işlənən:

I could nearly touch the ceiling. (I was nearly able to... -- dən daha təbii)


Mümkünlük:

Nəzəri cəhətdən hər hansı bir hadisənin baş verməsinin mümkünlüyü haqqında danışdıqda biz could modal felindən istifadə edirik. Lakin nəyinsə mümkün olduğunu və faktiki olaraq baş verdiyini ifadə edəndə can modal felindən istifadə olunur:

It could be expensive to keep a cat. (= if we had one, it could or it may not be expensive)
It can be expensive to keep a cat. (= it can be, and it sometimes is)


Nəzəri və ya faktiki olaraq nəyinsə mümkün olmadığını bildirmək üçün can't modal felindən istifadə olunur:

There can't be many people in the world who haven't watched television.
The doctor can't see you this morning; he's busy at the hospital.


Əgər hadisənin gələcəkdə baş verməsinin böyük ehtimalı varsa can modal felindən, yox əgər ehtimal azdırsa could modal felindən istifadə olunur:

We can stay with Jim in Oslo. (= we will be able to stay)
We could stay with Jim in Oslo. (= it's possible; if he's there)


İcazə:

Ümumən icazə vermək mənasında həm can, could modal sözlərindən, həm də was/were allowed to ifadəsindən istifad oluna bilər. Lakin keçmişdə verilmiş yalnız 1 icazə üçün was/were allowed to ifadəsindən istifadə olunur:

Anyone was allowed to fish in the lake when the council owned it. (və ya...could fish...)
Although he didn't have a ticket, Ken was allowed to come in. (...could come in. -- yox)

İnkar cümlələrində onların hər birindən istifadə etmək olar:

We couldn't/weren't allowed to open the presents until Christmas morning.

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı