İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142686 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 2: 3/5 -Sözlər. (seçdiyiniz səviyyə: intermediate)

İsim düzəldən şəkilçiləri -- Noun suffixes

Untitled Document

Fel şəkilçi:

 

Bir çox isimlər aşağıda cədvəldə göstərilən yolla düzəlir:

 

Fel - Verb
Şəkilçi - Suffix
İsim - Noun
improve (düzəltmək)
-ment
improvement (düzəli)
manage (öhdəsindən gəlmək)
-ment
management (idarəetmə, müdiriyyət)
elect (səsvermə ilə seçmək)
-ion
election (seçki)
discuss (müzakirə etmək)
-ion
discussion (müzakirə)
inform (məlumatlandırmaq)
-ation
information (məlumat)
organise (təşkil etmək)
-ation
organisation (təşkilat)
jog (qaçmaq)
-ing
jogging (yoqa)
spell (hərfbəhərf demək)
-ing
spelling (orfoqrafiya)

 

Qeyd: Bəzən bu şəkilçilər əlavə olunan zaman orfoqrafik dəşikliklər baş verir. -e hərfi ilə bitən fellərə -ation şəkilçisi əlavə olunandaç -e hərfi düşün. Məsələn: translate - translation; organise - organisation. Sonu samitlə bitən birhecalı qısa sözlərə -ing şəkilçisi əlavə olunduqda isə son samit təkrarlanır. Məsələn: jog - jogging.

 

Sifət şəkilçi:

 

Sifətlərə şəkilçi artırmaq yolu ilə də isim düzəltmək mümkündür. Bunun üçün əsasən 2 şəkilçidən istifadə olunur: -ness-ity. Aşağıdakı cədvələ baxaq:

 

Sifət - Adjective
Şəkilçi - Suffix
İsim - Noun
weak (zəif)
-ness
weakness (zəiflik)
happy (xoşbəxt)
-ness
happiness (xoşbəxtlik)
dark (tünd, qara)
-ness
darkness (qaranlıq)
stupid (axmaq)
-ity
stupidity (axmaqlıq)
punctual (dəqiq)
-ity
punctuality (dəqiqlik)
similar (oxşar)
-ity
similarity (oxşarlıq)

 

Qeyd: Sonu -y hərfi ilə bitən sifətlərə -ness şəkilçisi əlavı etdikdə -y hərfi atılır, -i hərfi əlavə olunur və daha sonra -ing şəkilçisindən istifadə olunur. Məsələn: happy - happiness.

 

Aşağıdakı şəkilçilər isə isim və fellərdən isim düzəldə bilir:

 

-er -- müəyyən fəaliyyətlə məşğul olan şəxsləri bildirir. Məsələn: dancer (rəqqas), singer (müğənni), murderer (qatil), farmer (fermer).

-er -- müəyyən bir vəzifəni bildirir. Məsələn: driver (sürücü), manager (idarəedici), footballer (futbolçu), employer (işə götürən).

-or -- -er ilə eyni mənanı daşıyır. Məsələn: actor (aktyor), director (direktor), translator (tərcüməçi), operator (operator).

-ist -- -er ilə eyni mənanı daşıyır. Məsələn: artist (rəssam), economist (iqtisadçı), psychologist (psixoloq), journalist (jurnalist).


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı