Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142639 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 1: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)
Present continuous
Â
İndiki davamedici zaman hələ davam edən bitməmiş bir hadisəni ifadə etmək üçün istifadə olunur. Bu zaman formasını düzəltmək üçün felin sonuna -ing şəkilçisi əlavə olunur.
Â
I |
am fel/verb ing |
He/She/It |
is fel/verb ing |
We/You/They |
are fel/verb ing |
I am driving.
She is working.
They are doing something.
Â
İndiki davam edici zaman üçün spesifik olan bir sıra sözlər mövcuddur: look, listen, now, at the moment, still, at present və s.
Â
Look! He is jumping over the river.
Listen! Is baby crying?
They are watching TV now.
Children are playing checkers at the moment.
I’m still cooking a dinner.
He’s working on this project at present.
Â
Bundan başqa today, this week, this evening və s. sözlərlə də indiki davamedici zaman işlənə bilər.
Â
You are studying these week.
Is Aydan working today?
Â
İndiki davam edici zaman formasında hərəkət əsas etibarilə danışığın getdiyi vaxtda baş verir.
Â
-Where is Nargiz? -She is doing lessons.
-Let’s go out now. It isn’t raining anymore.
Â
Amma bu belə olmaya da bilər:
Â
I’m reading an interesting book at the moment. I’ll give it to you as soon as I finish it. ( Bu sözləri deyən zaman həmin şəxs kitabı oxumaya da bilər, sadəcə bir neçə müddətdir ki, bir kitabı oxumağa başlayıb və hələ onu bitirməyib).
Â
Murad wants to work in a foreign company. So he is learning foreign languages. ( Murad söhbətin getdiyi zaman xarici dil öyrənməyə də bilər, sadəcə son vaxtlar xarici dilləri öyrənməklə məşğuldur).
Â
Qeyd: Sonu “e†hərfi ilə bitən fellərdə “e†hərfi düşür və sonra -ing şəkilçisi əlavə olunur.
make - making
take - taking
Qısa saitin tələffüz olunduğu fellərdə sonuncu samit qoşalaşır və sonra -ing şəkilçisi əlavə olunur.
run - running
sit - sitting
Sonu “ie†hərfləri ilə bitən sözlərdə “ie†hərfləri atılır, yerinə “y†hərfi qoyulur və sonra -ing şəkilçisi əlavə olunur.
lie - lying
Â