İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142683 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 6: 3/5 -Sözlər. (seçdiyiniz səviyyə: advanced)

Mürəkkəb isimlər - Compound nouns - 1

Untitled Document

Bir neçə sözdən düzəlib isim kimi fəaliyyət göstərən mürəkkəb sözlərə mürəkkəb isimlər deyilir. Bu cür isimlər çox vaxt iki müxtəlif isimdən düzəlir, məs, address book (ünvan kitabçası), human being (insan), science fiction (elmi fantastika). Bir sıra mürəkkəb isimlər isə frazeoloji fellərlə bağlıdır, bu haqda gələn dərsimizdə daha ətraflı danışacıq.

Mürəkkəb isimlər iki ayrı söz kimi yazıla bilər, məs, tin opener (konserv açan), bank account (bank hesabı), və ya defislə yazıla bilər, məs, pen-name (təxəllüs), baby-sitter (dayə). Bəzən elə olur ki, eyni bir mürəkkəb ismin həm defislə həm də ayrı-ayrı sözlər şəklində yazılması doğru olsun, məs, letter box (məktub qutusu) və letter-box. Bəzən mürəkkəb ismin hissələri bitişik də yazıla bilər, məs, earring (sırğa).

Mürəkkəb isimlər sayılan, sayılmayan ola və ya təkdə, cəmdə işlənə bilər.

Ümumi sayılan mürəkkəb isimlərə misallar:

alarm clock - zəngli saat
assembly line - yığım konveyeri   
blood donor - qan donoru           
burglar alarm - oğrular əleyhinə siqnalizasiya        
contact lens - görmə linzaları               
credit card - kredit kartı      
handcuffs - əl qandalı
heart attack - ürək tutması
package holiday - istirahət turu
pedestrian crossing - piyada keçidi
shoe horn - dabançəkən
tea-bag - birdəfəlik kiçik çay paketi
windscreen - maşının ön şüşəsi
windscreen wiper - maşının ön şüşəsini təmizləyən
youth hostel - tələbə yataqxanası


Ümumi sayılmayan mürəkkəb isimlər:

air-traffic control - hava nəqliyyatı nəzarəti
birth control - doğum nəzarəti
blood pressure - qan təzyiqi
cotton wool - pambıq (xammal halında)
data-processing - məlumat emalı
family planning - ailə planlaşdırması
food poisoning - qida zəhərlənməsi
pocket money - cib xərci
income tax - gəlir vergisi
junk food - sağlamlığa zərərli qida
mail order - məktub sırası
hay fever - bitki tozcuqlarına allergiya


Təkdə işlənən mürəkkəb isimlər:

arms race - silahlanma yarışı (dövlətlər arasında)                   
death penalty - ölüm cəzası
generation gap - nəsillər arası uyğunsuzluq
labour force - əmək gücü
mother-tongue - ana dili
sound barrier - səs baryeri
greenhouse effect - istixana effekti
welfare state - ümum rifah dövləti
brain drain - beyin axını (ağıllı insanların xaricı iş üçün köçməsi)


Cəmdə işlənən mürəkkəb isimlər:

grass roots - əsas, bünövrə
luxury goods - bahalı mallar
human rights - insan hüquqları
kitchen scissors - mətbax qayçısı
race relations - irqi münasibətlər
roadworks - yol təmiri
sunglasses - gün eynəkləri
traffic
lights - işıqfor


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı