
Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142689 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 1: 3/5 -Sözlər. (seçdiyiniz səviyyə: advanced)
ŞƏKİLÇİLƏR -- SUFFIXES
Â
İngilis dilindı şəkilçilər sözün mənasına və onun hər hansı bir nitq hissəsinə mənsubluğunu dəyişdirə bilər.
Â
Ümumi isim şəkilçiləri:
Â
-er -- şəkilçisi adətən müəyyən fəalliyyətlə məşğul olan şəxsi ifadə etmək üçün işlədilir: writer (yazıçı), worker (işçi), shopper (alıcı), teacher (müəllim). -er şəkilçisindən bir çox felləri isimə çevirmək üçün istifadə olunur. Bəzən -er şəkilçisi -or şəklində işlənir: actor (aktyor), operator (operator), sailor (gəmiçi), supervisor (nəzarətçi). -er / -or şəkilçiləri həm də hər hansı bir vəzifəni yerinə yetirən isimləri bildirmək üçün işlədilir : pencil-sharpener (çərtən), grater (sütkəc), projector (projektor). -er və -ee şəkilçisi bir-birilə ziddiyyət yaradaraq müəyyən işi görən şəxs anlamı daşıya bilərlər: employer (işə götürən) / employee (işçi); sender (göndərən) / adressee (ünvan sahibi); payer (pulu ödəyən) / payee (pulu qəbul edən).
-(t)ion -- fellərdən isim düzəltmək üçün işlədilir: complication (mürəkkəblik, qarışıqlıq), pollution (çirklənmə), reduction (azalma), alteration (dəyişilmə,düzəlmə), donation (bağışlama, ianə), admission (güzəşt etmə, ehtimal etmə).
-ist (şəxsləri bildirmək üçün) və -ism (fəaliyyət və ya ideologiyanı bildirmək üçün) -- insanların siyasəti, inanc və ideologiyalarını, bəzən isə xidməti vəzifələrini bildirmək üçün işlədilir: Marxsizm, Buddism, journalism, anarchist, physicist, terrorist. -ist həm də çox vaxt müəyyən çalğı alətində ifa edən şəxsləri bildirmək üçün işlədilir: pianist (pianoçu), violinist (skripkaçı), cellist (violonçel çalan).
-ness -- adətən sifətlərdən isimlər düzəltmk üçün istifadə olunur. Ægər sözün sonu “y†hərfi ilə bitirsə o “i†hərfi ilə əvəz olunur və daha sonra -ness şəkilçisi əlavə olunur: goodness (yaxşılıq), readiness (hazırlıq, hazırcavablıq), forgetfulness (unutqanlıq), happiness (xoşbəxtlik), sadness (qəmginlik), weakness (zəiflik).
Â
Sifət şəkilçiləri:
Â
-able -- fellərdən sifət düzəldir, edilə bilən mənası verir: drinkable (içməli), washable (yuyula bilən), readable (oxuna bilən), recognizable (tanına bilən), countable (sayıla bilən), forgivable (bağışlanıla bilən). Bəzən bu şəkilçi -ible şəklində də ola bilər: edible (yeməli), flexible (əyilə bilən).
Â
Fel şəkilçiləri:
Â
-ise (və ya -ize) -- sifətlərdən fel düzəldir: modernise (müasirləşdirmək), commercialise (gəlir mənbəyinə çevirmək), industrialise (sənayləşdirmək).
Digər şəkilçilər:
Â
-ment -- isim düzəldir: excitement (həyəcanlanma, oyanma), enjoyment (zövq, ləzzət), replacement (yerdəyişmə).
-ity -- isim düzəldir: flexibility (elastiklik), productivity (məhsuldarlıq), scarcity (çatışmazlıq).
-hood -- isim düzəldir: childhood (uşaqlıq dövrü), motherhood (analıq hissi).
-ship -- isim düzəldir: friendship (dostluq), partnership (əməkdaşlıq), membership (üzvlük).
-ive -- sifət düzəldir: passive (passiv), productive (məhsuldar), active (aktiv).
-al -- sifət və isim düzəldir: brutal (qəddar), legal (qanuni), refusal (rədd, imtina), arrival (gəliş).
-ous -- sifət düzəldir: delicious (dadlı), outrageous (ifrat, həddən artıq), furious (qəddar, zalım).
-ful -- sifət düzəldir: forgetful (unutqan), hopeful (ümid edən), useful (faydalı).
-less -- sifət düzəldir: useless (faydasız), harmless (ziyansız, zərərsiz), cloudless (buludsuz).
-ify -- fel düzəldir: beautify (bəzəmək), purify (təmizləmək, saflaşdırmaq), terrify (qorxutmaq).
Â
Â