İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 140321 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 3: 3/5 -Sözlər. (seçdiyiniz səviyyə: beginner)

To do feli

Untitled Document

İngilis dilində to do feli həm əsas fel kimi, həm də köməkçi fel kimi işlənə bilər. Köməkçi fel kimi o, digər əsas fellərin sual və inkar formasını düzəlmək üçün işlənir. Əsas fel kimi isə əsasən etmək mənasını verir.

 

To do feli köməkçi fel kimi:

 

Do you like tennis? (Sən tenisi xoşlayırsan?) -- Yes I do. (Bəli.)

Did they like the film? (Onlar filmi xoşladılar?) -- Yes, they did. (Bəli.)

I don't like to go to school. (Mən məktəbə getməyi xoşlamıram).

 

To do feli əsas fel kimi:

 

What do you do to relax? (Dincəlmək üçün nə edirsən?) -- I listen to music. (Musiqiyə qulaq asıram.)

Don't do that, Tommy. (Tommi, onu eləmə.)

What are the people in the picture doing? (Şəkildəki insanlar nə edirlər?) -- They're dancing.(Onlar rəqs edirlər.)

 

What do you do? ifadəsi əsasən sən hansı peşənin sahibisən deməkdir.

 

What do you do? -- I'm a teacher. (Mən müəlliməm.)

What does your sister do? -- She's a doctor. (O, həkimdir.)

 

Elə ifadələr var ki, orada məhz to do feli işlənir. Burada to do feli başqa mənalar da daşıya bilər. Bu ifadələrə aiddir:

 

do the housework -- ev işlərini etmək

do the gardening -- bağcılıq fəaliyyəti ilə məşğul olmaq

do the washing -- paltar yumaq

do the washing up -- qab-qacaq yumaq

do your homework -- ev tapşırığını etmək

do some exercises -- biraz çalışma etmək

do an exam -- imtahan vermək

do business with -- kiminləsə iş görmək

do your best -- əlindən gələni etmək

 

Misallara baxaq:

 

Did you do the washing up this morning? -- Sən bu səhər qab-qacağı yudun?

Our company does a lot of business with the USA. -- Bizim şirkət ABŞ-la çoxlu iş görür.

The homework exercise is very difficult - just do your best. -- Ev tapşırıqları çox çətindi - sadəcə əlindən gələni et.

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 652 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı