Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142639 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 34: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)
Should -- 2
Should modal felindən bir çox fellərdən sonra istifadə edə bilərsiniz, xüsusən də bu fellərdən sonra :
suggest propose recommend insist demand
- They insisted that we should have dinner with them.
- I demanded that he should apologise.
- What do you suggest I should do?
Həmçinin should modal felindən təklif, tövsiyyə mənası verəm suggestion/proposal/recommendation kimi sözlərdən sonra da istifadə etmək olar:
• What do you think of Jane's suggestion that I should buy a car?
Həmçinin 'it's important/vital/necessary/essential that...' ifadələrindən də sonra should işlətmək olar:
• It's essential that you should be here on time.
Yuxarıda verilən cümlələrdə should modal felin işlətməmək də mümkündür:
- It's essential that you be here on time. (= that you should be here)
- I demanded that he apologise.
- What do you suggest I do?
Bu forma (you be / he apologise və s.) bəzən subjunctive (felin lazım forması) adlanır.
Bu cür cümlələri həm indiki, həm də keçmiş zamanda işlətmək olar:
- It's essential that you are here on time.
- I demanded that he apologised.
Qeyd: Suggest felindən sonra to hissəciyini işlətmək olmaz:
• What do you suggest we should do? və ya What do you suggest we do? ('What do you suggest us to do?' -- yox)
• Jane suggested that I (should) buy a car. və ya Jane suggested that I bought a car. ('Jane suggested me to buy' -- yox)
Should modal felindən bir sıra sifətlərdən sonra istifadə edə bilərsiniz, xüsusən də bu sifətlərdən sonra :
strange odd funny typical natural interesting surprised surprising
- It's strange that he should be late. He's usually on time.
- I was surprised that she should say such a thing.
If...should...
Should modal felini if bağlayıcısından sonra da işlətmək olar :
- If Tom should phone while I'm out, tell him I'll phone him back later. if Tom should phone = if Tom phones.
- I've left the washing outside. If it should rain, can you bring it in?
Should modal felini həmçinin cümlənin əvvəlində də işlətmək mümkündür (Should something happen...):
- Should Tom phone, can you tell him I'll phone him back later?
I should... / I shouldn't... ifadələrindən kiməsə məsləhət vermək üçün də istifadə edə bilərsiniz:
- 'Shall I leave now?' 'No, I should wait a bit longer.' I should wait = I would wait if I were you, I advise you to wait
- It's very cold this morning. I should wear a coat when you go out.
- I shouldn't stay up too late. You'll be tired tomorrow.