Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142640 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 3: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)
Present continuous and present simple
İndiki davamedici zaman hər hansı bir hadisənin danışığın getdiyi müddətdə baş verdiyini bildirir. Burada hadisə hələ bitməyib. |
İndiki zaman ümumi mənada və təkrar-təkrar baş verən hadisələrə münasibətdə istifadə olunur. |
---|---|
The water is boiling. Can you turn it off? |
Water boils at 100 degrees Celsius. |
Listen to those people. What language are they speaking? |
Excuse me, do you speak English? |
İndiki davamedici zaman müvəqqəti vəziyyət üçün istifadə olunur: | İndiki zaman daimi vəziyyət üçün istifadə olunur: |
I'm living with some friends until I find a flat. |
My parents live in London. They have lived there all their lives. |
'You're working hard today.' 'Yes, I've got a lot to do.' |
John isn't lazy. He works very hard most of the time. |
I always do və I'm always doing ifadələri.
Adətən biz "I always do something" ifadəsin işlədirik. İfadənin mənasına görə biz bunu həmişə edirik.
I always go to work by car. ('I'm always going' -- yox)
Amma bəzən "I'm always doing something" ifadəsinə də rast gəlmək olur. Burada artıq bu ifadə biraz ayrı məna kəsb edir. Məsələn:
I've lost my book again. I'm always losing things. -- (Mən yenə də kitabımı itirdim. Mən elə həmişə əşyalarımı itirirəm. -- Diqqət edək ki, bu halda elə həmişə əşyalarımı itirirəm ifadəsinə hərfi anlamda yanaşmaq olmaz, çünki insan daim bütün əşyaların itirə bilməz, sadəcə digərlərinə nisbətən o, daha çox əşya itirir. Buradakı always sözü məhz bu anlama gəlir.)