İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142640 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 25: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)

When və if

Untitled Document

Misallara baxaq:

a: What time will you phone me tomorrow?
b: I'll phone you when I get home from work.

'I'll phone you when I get home from work' iki hissəli cümlədir:
the main part:       'I'll phone you'
the when-part:      'when I get home from work (tomorrow)'

Cümlədəki zaman gələcək zamandır ('tomorrow') amma cümlənin when-part hissəsində indiki zamandan (get) istifadə olunur. when-part hissəsində will modal felindən istifadə olunmur:

  • We'll go out when it stops raining. ('when it will stop' -- yox)
  • When you are in London again, you must come and see us. ('when you will be' -- yox)
  • (said to a child) What do you want to be when you grow up? ('will grow' -- yox)


while    before     after     as soon as   until və ya till sözlərindən sonra da yuxarıdakı qaydadan istifadə olunur:

  • I'm going to read a lot of books while I'm on holiday, ('while I will be' -- yox)
  • I'm going back home on Sunday. Before I go, I'd like to visit the museum.
  • Wait here until (or till) I come back.


when / after / until / as soon as sözlərindən sonra indiki bitmiş zamandan da istifadə etmək olar:

  • Can I borrow that book when you've finished it?
  • Don't say anything while Ian is here. Wait until he has gone.

İndiki zaman və indiki bitmiş zamanın hər ikisindən çox zaman eyni hallarda istifadə etmək mümkündür:

  • I'll come as soon as I finish.
  • I'll come as soon as I've finished.
  • You'll feel better after you have something to eat.
  • You'll feel better after you've had something to eat.


Əgər iki hadisə bigə baş verirsı indiki bitmiş zamandan istifadə etmək olmaz. İndiki bitmiş zaman bir hadisənin digərindən daha əvvəl baş verdiyini bildirir, ona görə onu bu halda işlətmək olmaz. Müqayisə edin:

  • When I've phoned Kate, we can have dinner. (= First I'll phone Kate and after that we can have dinner.)
  • When I phone Kate this evening, I'll invite her to the party, (not 'when I've phoned') (In this example, the two things happen together.)

Gələcək zamanı ifadə etmək üçün if sözündən sonra adətən indiki zamandan istfadə olunur:

  • It's raining hard. We'll get wet if we go out. ('if we will go' -- yox)
  • Hurry up! If we don't hurry, we'll be late.


When if sözlərini müqayisə edək:

When sözündən hadisə dəqiq baş verəcəksə istifadə olunur:

  • I'm going shopping this afternoon. (for sure)   When I go shopping, I'll buy some food.

Hadisənin baş verməsinin ehtimal olunduğu, mümkün olduğu hallarda isə if sözündən istifadə olunur:

  • I might go shopping this afternoon. (it's possible)   If I go shopping, I'll buy some food.
  • If it is raining this evening, I won't go out. ('when it is raining' -- yox)
  • Don't worry if I'm late tonight. ('when I'm late' -- yox)
  • If they don't come soon, I'm not going to wait. ('when they don't come' -- yox)

Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı