Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142640 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 21: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)
Will / shall - 1
Will:
I'll (= I will) ifadəsindən danışıq zamanı nəyisə etməyə qərar verdikdə işlədirik:
Oh, I've left the door open. I'll go and shut it.
'What would you like to drink?' 'I'll have an orange juice, please.'
'Did you phone Ruth?' 'Oh no, I forgot. I'll phone her now.'
Bu cür cümlələrdə indiki zamandan istifadə etmək olmaz:
I'll go and shut the door. ('I go and shut' -- yox)
Fikrimizi ifadə etmək üçün I think I'll... və I don't think I'll... ifadələrindən tez-tez istifadə olunur:
I feel a bit hungry. I think I'll have something to eat.
I don't think I'll go out tonight. I'm too tired.
Danışıqda will not ifadəsini adətən qısaldılmış şəkildə won't şəklində işlədirlər:
I can see you're busy, so I won't stay long.
Əvvəlcədən planlaşdırdığınız işlər haqqında danışarkən will modal felindən istifadə etmək olmaz:
I'm going on holiday next Saturday. ('I'll go' -- yox)
Are you working tomorrow? ('will you work' -- yox)
Aşağıdakı hallarda will modal felindən istifadə olunur:
-- Nəyisə etməyi təklif edərkən:
That bag looks heavy. I'll help you with it. ('I help' -- yox)
-- Nəyisə etməyə razılaşarkən:
A: You know that book I lent you. Can I have it back if you've finished with it?
B: Of course. I'll give it to you this afternoon. ('I give' -- yox)
-- Nəyisə etməyə söz verərkən:
Thanks for lending me the money. I'll pay you back on Friday. ('I pay' -- yox)
I won't tell anyone what happened. I promise.
-- Kimdənsə nəsə etməyi xahiş edərkən (Will you...?):
Will you please be quiet? I'm trying to concentrate.
Kiminsə nəyisə etməkdən imtina etdiyini bildirmək üçün won't modal felindən istifadə etmək olar:
I've tried to advise her but she won't listen. (= she refuses to listen)
The car won't start. I wonder what's wrong with it. (= the car 'refuses' to start)
Shall I...? Shall we...?
Shall modal feli əsasən shall I...? / shall we...? şəklində sual cümlələrində işlənir. Bu modal feldən kiminsə fikrini öyrənmək üçün istifadə edirik (xüsusən təklif və məsləhət verdiyimiz zaman):
Shall I open the window? (= do you want me to open the window?)
I've got no money. What shall I do? (= what do you suggest?)
'Shall we go?' 'Just a minute. I'm not ready yet.'
Where shall we go this evening?
shall I...? və will you...? ifadələrin müqayisə edək:
Shall I shut the door? (= do you want me to shut it?)
Will you shut the door? (= I want you to shut it)