Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 4: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
İndiki davamedici zamanın sual forma
Sual əvəzliyi olmadan düzəldilən indiki davamedici zamanın sual forması ümumi sual cümləsi hesab olunur. İndiki davamedici zamanın sual formasını qurmaq üçün am/is/are köməkçi felləri cümlənin əvvəlinə keçir, daha sonra mübtəda və -ing şəkilçili fel, sonda isə digər cümlə üzvlərindən istifadə olunur:
Am
|
I
|
working?
|
Is
|
he
|
doing?
|
she
|
||
it
|
||
Are
|
we
|
going?
|
you
|
||
they
|
Are you feeling OK?
Is it raining?
Am I looking good?
Sual əvəzliyi vasitəsilə düzələn cümləsində isə sual əvəzliyi birinci gəlir daha sonra isə yuxarıda qeyd olunan indiki davamedici zamanın sual cümləsi ardıcıllığından istifadə olunur:
Why are you wearing a coat?
What's Paul doing?
İndiki davamedici zamandakı sualları bu halda istifadə edirik:
-- İndi baş verən hadisələr haqqında sual vermək üçün:
What are your parents doing?
-- Müvəqqəti hadisələr haqqında sual vermək üçün:
Are you staying in a hotel?
-- Dəyişən hadisələr haqqında sual vermək üçün:
Is the weather in your country getting better?
-- Yaxın gələcəyə aid planlar haqqında sual vermək üçün:
Are you going to the party on Friday?
İndiki davamedici zamanda olan sual cümləsinə iki yolla cavab vermək olar:
Qısa:
Are you going now? -- Yes, I am.
Is Paul working today? -- No, he is not.
Uzun:
Is it raining? -- Yes, it is raining.
Are your friends staying at a hotel? -- No, they aren't staying at a hotel.