Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142640 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 3: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
İndiki davamedici zaman - Present continuous
İndiki davamedici zaman hər hansı bir hadisənin indi baş verdiyini bildirmək üçün istifadə olunur.
She's eating. -- O yemək yeyir. (O, indi yemək yeyir.)
It's raining. -- Yağış yağır. (Yağış indi yağır.)
They're running. -- Onlar qaçırlar. (Onlar hal-hazırda qaçırlar.)
İndiki davamedici zaman am/is/are fel ing şəkilçisi qaydasına əsasən düzəlir.
Şəxs əvəzliyi
|
am/is/are
|
inkar şəkilçisi
|
indiki davamedici zaman şəkilçisi
|
Misallar:
|
---|---|---|---|---|
I |
am |
not |
-ing |
I'm working. I'm not working. |
he |
is |
not |
-ing |
Chris is writing a letter. Chris isn't writing a letter. |
she |
is |
not |
-ing |
She's eating. She is not eating. |
it |
is |
not |
-ing |
The phone is ringing. The phone's not ringing. |
we |
are |
not |
-ing |
We're having dinner. We aren't having dinner. |
you
|
are
|
not
|
-ing
|
You are listening to me. You're not listening to me. |
they
|
are
|
not
|
-ing
|
The children are doing their homework. The children are not doing their homework. |
Qeyd: Əgər felin sonu "e" hərfi ilə bitirsə, bu hərf atılır və sonra -ing şəkilçisi əlavə olunur. Məsələn: come -> coming; dance -> dancing. Əgər təkhecalı, qısa feldirsə və sonu samitlə bitirsə bu samit qoşalaşır və daha sonra -ing şəkilçisi əlavə olunur. Məsələn: run -> running; swim -> swimming. Əgər felin sonu "ie" hərfləri ilə bitirsə onda bu hərflər atılır "y" hərfi əlavə olunur və daha sonra -ing şəkilçisi əlavə olunur. Məsələn lie -> lying.
İndiki davam edici zaman üçün spesifik olan bir sıra sözlər mövcuddur: look, listen, now, at the moment, still, at present və s.
Look! He is jumping over the river.
Listen! Is baby crying?
They are watching TV now.
Children are playing checkers at the moment.
I`m still cooking a dinner.
He`s working on this project at present.