Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142639 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 2: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
To be felinin sual formaları
Dərsin videosu
Keçən dərsdən öyrəndik ki, to be felinin 3 forması mövcuddur -- am/is/are. Bu fellə sual cümləsini üzəltmək üçün am/is/are felləri cümlənin əvvəlinə keçir. Aşağıdakı misallarda aydınlaşdıraq:
I am late. -- Am I late?
Your mother is at home. -- Is your mother at home?
Your parents are at home. -- Are your parents at home?
Yuxarıdakı misallardan da göründüyü kimi am/is/are feli cümlənin əvvəlinə keçir və cümlənin mübtədası ondan sonra gəlir. Digər cümlə üzvləri isə mübtədadan sonra gəlir. Mübtəda ilə birbaşa əlaqəsi olan təyin və tamamlıq mübtədadan əvvəl gələ bilər:
The red book is on the table. -- Is the red book on the table.
Where ... ? / What ... ? / Who ... ? / How ... ? / Why ... ? və s. sual əvəzlikləri işlənən sual cümlələrində ilk olaraq müvafiq sual əvəzliyi gəlir, daha sonra sual cümləsi yuxarıda yazılan qaydada davam edir. Sual əvəzliynin yönəldiyi cümlə üzvü sual cümləsində istifadə olunmur.
His mother is at home. -- Where is your mother? (Where is your mother at home? -- yox )
Bəzi hallarda sual əvəzliyi istifadə etmək üçün ondan sonra başqa bir sözün gəlməsi tələb olunur. Belə olan halda sual əvəzliyi, lazım olan söz və daha sonra adi söz sırası vasitəsilə sual cümləsi qurulur.
Their car is brown. -- What colour is their car?
What is adətən qısaldılaraq What's; Who is -- Who's; How is -- How's; Where is -- Where's şəklində işlənir. Əlbəttə ki, digər qısaltmalar da istisna olunmur, sadəcə daha çox yuxarıda göstərilən qısaltmalardan istifadə olunur.
What's the time ?
Who's that man?
Where's Jill?
How's your father?
Am/is/are ilə verilən suallara sadəcə olaraq YES və ya NO ilə cavab vermək olmaz. Düzgün qısa cavab üçün aşağıdakı cədvəldəki formalardan istifadə etmək olar:
Tək - Singular
|
Cəm - Plural
|
||
Təsdiq - Positive
|
İnkar - Negative
|
Təsdiq - Positive
|
İnkar - Negative
|
Yes, I am.
|
No, I am not.
|
Yes, we are.
|
No, we are not.
|
Yes, you are.
|
No, you are not.
|
Yes, you are.
|
No, you are not
|
Yes, he/she/it is.
|
No, he/she/it is not.
|
Yes, they are.
|
No, they are not.
|