İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142639 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 2: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

PRESENT CONTINOUS AND PRESENT SIMPLE 2

Adətən nəsə bir məsəl və ya lətifə danışanda onu daha maraqlı etmək üçün indikiindiki davamedici zamandan istifadə edirik. Bu elə təəsürat yaradır ki, sanki həmin əhvəlat hal hazırda baş verir və dinləyicinin diqqətini daha çox cəlb edir.

She goes up to this man and looks straight into his eyes. He's not wearing his glasses, and he doesn't recognise her...

Bu zaman əsas hadisələr əsasən müəyyən ardıcıllıqla indiki zamanda, uzun arxa plan hadisələri isə indiki davamedici zamanda verilir. Hekayə və lətifələrdə indiki zaman müəyən bir hadisəni xüsusən qeyd etmək üçün istifadə oluna bilər. Çox zaman belə hallarda indiki zaman keçmiş zaman formalarından sonra işlənir və suddenly, all of a sudden sözlərinin arxasında gəlir:

I was sitting in the park, reading a newspaper, when all of a sudden this dog jumps at me.

Çox vaxt indiki və indiki davamedici zaman canlı şərhlər zamanı da (məsələn hər hansı bir idman oyununda) istifaə olunur, şərh baş verən hadisə, oyunla eyni zamanda olmalıdı:

King serves to the left-hand court and Adams makes a wonderful return. She's playing magnificent tennis in this match....

It says here, I hear, I gather, I see, I understandThey say, (Someone) says, (Someone) tells me kimi ifadələrlə də eşitdiyimiz, gördüyümüz, oxuduğumuz, bizə danışılan hadisələri ifadə etmək üçün indiki zaman işlədilir. Yalnız bəzi hallarda keçmiş zamandan da istifadə olunması istisna olunmur (Məsələn It said here, I heard və s.).

I gather you're worried about Ken.

Jane tells me you're thinking of emigrating.

Yenicə baş vermiş hadisələr haqqında olan qazet başlıqlarıda indiki zamanda olur:

SCIENTISTS FIND BRIGHTEST STAR

FIRE BREAKS OUT IN HOTEL ROOM

Kitabların məzmununa, filmlərə, qəzetlərə və s.-ə istinad edəndə də indiki zamandan istifadə olunur:

In the film Joan Smithson takes the role of a private detective.

Thompson gives a list of the largest European companies in Chapter Six.

Always, constantly, continually və ya forever kimi sözləri ilə indiki davamedici zaman da işlədilə bilər, bu o halda olur ki, hər hansı bir hadisə davamlı olaraq o qədər çox baş verir ki, həmin şəxsin xarakterik xüsusiyyətinə çevrilir:

a: I think I'll stay here after all. b: You are constanlly changing your mind.

Tony is a really kind person. He's always offering to help me with my work.

İndiki davamedici zamanı hər hansı bir işi daima eyni vaxtda etdiyimiz zaman da istifadə edə bilərik:

At 8 o'clock I'm usually driving to work, so phone me on my mobile.

Daha nəzakətli səslənməsi üçün wonder feli ilə indiki davam edici zamanı işlətməyi üstün tuturlar, lakin indiki zamanın da işlənməsi mümkündür:

You said that there were only 50 books in the boxes. I'm just wondering whether you counted them all?


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı