Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142640 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 17: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)
May və might modal felləri
Mümkünlük haqqında danışarkən may və might modal felləri çox zaman oxşar mənaya malik olurlar. Lakin rəsmi və elmi danışıqdan nəyinsə xarakteristikası və ya davranışını bildirmək üçün may modal felinə daha çox üstünlük verilir:
The seeds from the plant may grow up to 20 centimetres in length.
Gündəlik danışıqda isə nəyisə gələcəkdə yəqin ki, edəcəyimizi bildirmək üçün might felindən istifadə edirik:
I might paint the kitchen purple.
Nəyinsə mümkün olub olmadığını soruşduqda may və ya might modal felindən istifadə olunmur. Onun əvəzinə could(n't) modal felində və ya be likely ifadəsindən istiadı olunur:
Could it be that you don't want to leave? (May it be that you ...? -- yox)
Are you likely to be in Spain again this summer? (May you be in Spain...? -- yox)
Lakin rəsmi danışıqda bəzən bu tip suallarda may və ya might modal fellərindən istifadəyə rast gəlinir:
Might they be persuaded to change their minds?
Rəsmi qaydada icazə istəyəndə və ya kömək təklif edəndə də may və ya might modal fellərindən istifadə etmək olar:
May I leave now? May I help you?
Might məsdər birləşməsindən keçmişə səciyyəvi olan hadisə haqqında danışmaq üçün istifad edilir (could məsdər birləşməsi də mümkündür). Bu əsasən rəsmi və ədəbi formalar üçün xarakterikdir:
During the war, the police might arrest you for criticising the king.
Years ago children might be sent down mines at the age of six. (passive form)
Əgər hər hansı bir şəxsdə müəyyən bir bacarığın olmaması digərinin olması ilə əvəzlənirsə may/might not məsdər ... but ... və ya may/might not have fel ... but ... (keçmiş bitmiş formada) ifadələrindən istifadə olunur:
The painting may not be a masterpiece, but you've got to admit that the colours are striking.
She might not have danced very gracefully, but she had a lot of energy and enthusiasm.
Keçmişdə, hal-hazırda və gələcəkdə mümkün hadisələr haqqında danışmaq üçün may/might ('can' -- yox) have fel (keçmiş bitmiş formada) və may/might ('can' -- yox) be fel -ing ifadələrindən istifadə edilir:
Do you think Jean may/might have completed the report by now? (past)
His maths may/might have improved by the time the exam comes round. (future)
Malcolm isn't in his office. He may/might be working at home today. (present)
When I go to Vienna I may/might be staying with Richard, but I'm not sure yet. (future)
Yuxarıdakı cümlələrdə could modal felindən də istifadə oluna bilər:
Do you think Jean could have completed the report by now?
Keçmişdə davam etmiş mümkün hadisəni bildirmək üçün may/might have been fel -ing birləşməsindən istifadə oluna bilər:
David didn't know where the ball was, but he thought his sister might have been playing with it before she left for school.
Əgər kimisə bizim fikrimiz etməli olduğu hadisəni etmədiyinə görə tənqid etmək istəyiriksə might/could have fel (keçmiş bitmiş formada):
She's gone without us. She might/could have waited!
You might/could have done the ironing instead of leaving it all to me.
Adətən bu cür cümlələrdə might və could modal felləri xüsusi vurğulanır: