İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142639 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 12: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Be to məsdər

Untitled Document

Be to məsdər birləşməsi əsasən yaxın gələcəkdə baş verməsi ehtimal olunan hadisələri bildirmək üçün istifadə olunur:

Police officers are to visit every home in the area.
The main Rome to Naples railway line is to be reopened today. (passive form)

Bu birləşmədən həmçinin formal və ya rəsmi tədbirləri, formal təlimatları və ya əmrləri ifadə etmək üçün istifadə edilir:

You are not to leave the school without my permission.
The European Parliament is to introduce a new law on safety at work.
Children are not to be left unsupervised in the museum. (passive form)

Məchul növdən daha çox əmrləri qeyri-şəxsi xarakerli etmək üçün istifadə olunur.

Nəzərə alın ki, be to məsdər insanlar tərəfindən idarə oluna bilən gələcək hadisələri ifadə etmək üçün istifadə olunur:

In the next few years, thousands of speed cameras are to appear on major roads. (və ya ...will appear...)
Scientists say they can't predict when or where the disease will appear again. ( ...the disease is to appear again; --yox, the appearance of the disease can't be controlled)

The President is to return to Brazil later today. (və ya ...will return...)
The comet will return to our solar system in around 500 years. (The comet is to return...; -- yox, the movement of the comet can't be controlled)

Be to məsdər birləşməsi keçmişdə olan hadisəyə münasibətdə gələcəyi ifadə edə bilər. Bu zaman birləşmə keçmişdə hər hansı bir şəxsin üəyyən hərəkəti etmək iqtidarında olmasını ifadə edir:

Matthew Flinders sailed past Tasmania in 1770, but it was to be a further 30 years before he landed there.
Clare Atkins was to write two more books about her experiences in Africa before her death in 1967.


Be to məsdər birləşməsindən if ilə düzələn tabeli mürəkkəb cümlələrdə hər hansı bir hadisənin (baş cümlədəki) digərindən (budaq cümlədəkindən) daha əvvəl baş verdiyini ifadə etmək üçün istifadə olunur:

If the human race is to survive, we must look at environmental problems now.
The law needs to be revised if justice is to be done. (passive form)

Be to məsdər birləşməsi ilə indiki zamanı if ilə düzələn tabeli mürəkkəb cümlələrdə verdikləri mənaları müqayisə edək:

If Jones is to win gold at the next Olympics, he needs to work on his fitness.
If Jones wins gold at the next Olympics, he has said that he will retire from athletics.

If Jones is to win gold... (= effect), he needs to work... (= cause)
If Jones wins gold... (= cause), he has said that he will retire... (= effect)


Be about to məsdər
birləşməsindən çox yaxın gələcəkdə baş verəcək (verməyəcək) hadisəni bildirmək üçün istifadə edilir:

I'm about to start work on my second novel.
Appearing on TV might make her famous, but it's not about to make her rich.

Be about to məsdər birləşməsi daha çox söhbət zamanı işlənir:

We're just about to eat. Do you want to join us?
I was about to go to bed when my brother turned up.

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı