Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142640 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 11: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)
Gələcək davamedici və gələcək bitmiş (davamedici) zaman
Gələcək davamedici zaman:
Gələcək davamedici zaman will be fel ing şəklində düzəlir. Bu zaman formasından o vaxt istifadə olunur ki, hadisə gələcək müəyyən bir vaxtda başlayacaq və ondan sonra davam edəcək. Adətən bu əvvəlki qərarın və ya planın nəticəsidir:
This time next year this part of the garden will be looking beautiful.
She will be taking up her place at university in October.
When it goes into orbit, the spacecraft will be carrying 30 kilos of plutonium.
Gələcək davamedici zamandan həmçinin adi hadisələr ardıcıllığının bir hissəsini və ya daimi təkrarlanan hadisələr sırasından birini bildirmək üçün istifadə etmək olar:
Dr Jones will be giving the same talk in room 103 at 10.00 next Thursday.
Will you be driving to Glasgow, as usual?
Gələcəyə aid əvvəlcədən planlaşdırılmış bir hadisə haqqında gələcək davamedici zamanla bərabər indiki davamedici zamandan da istfadə etmək olar:
We will be leaving for Istanbul at 7.00 in the evening. (və ya...are leaving..., planlaşdırılıb )
When the race starts later this afternoon the drivers will be hoping for drier weather than last year. (...are hoping... -- yox, planlaşdırılmış hadisəni ifadə etmir)
Gələcək davamedici zaman daha əvvəldən planlanmış hadisəni ifadə etsə də, will təklikdə arzu, istək, niyyəti ifadə edir:
Ann will be helping us to organise the party. (suggests a previous arrangement)
Ann'll help us organise the party. (suggests she is willing to help)
Əgər arzu, istək, niyyətimizi ifadə etmək istəmiriksə onda gələcək davamedici zamana üstünlük veririk. Məsələn, əgər qonaqlarınız varsa, və siz onların nə qədər qalacağını bilmirsinizsə iki sual formasından istifadə edə bilərsiniz:
Will you be staying with us again tonight? (asking about their plans)
Will you stay with us again tonight? (they might think this is an invitation)
Gələcək bitmiş (davamdici) zaman:
Gələcəkdə müəyən bir vaxt üçün hansısa hadisənin bitməsini ifadə etmək üçün gələcək bitmiş zamandan istifadə olunur:
By the time you get home I will have cleaned the house from top to bottom.
I'm sure his awful behaviour will soon have been forgotten. (= passive form)
Gələcək bitmiş davamedici zamandan isə gələcəkdə baş verəcək hadisənin müddətini vurğulamaq üçün istifadə olunur:
On Saturday, we will have been living in this house for a year.
Next year I will have been working in the company for 30 years.
Yuxarıda qeyd etdiyimiz zamanların hamısından indi baş verdiyinə inandığımız və ya xəyal etdiyimiz hadisələri ifadə etmək üçün istifadə etmək olar:
We could ask to borrow Jim's car. He won't be using it today - he went to work by bike.
Most people will have forgotten the fire by now.
Tennis fans will have been queuing at Wimbledon all day to buy tickets.
Gələcək bitmiş davamedici zamandan keçmişdə baş vermiş lakin ona nisbətən gələcəyi ifadə edən hadisəni ifadə etmək üçün də istifadə edilə bilər:
Motorist Alan Hesketh will have been asking himself whether speed cameras are a good idea after he was fined £100 last week for driving at 33 mph in a 30 mph zone.