Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142642 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 7: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
İndiki davamedici və İndiki zaman
İngilis dilində çox zaman indiki davamedici zaman ilə indiki zamanı qarışdırırlar, lakin onlar bir-birindən çox fərqlənirlər. Aşağıdakı misalda baxaq:
Jim is watching television.
He is not playing the guitar.
But Jim has a guitar.
He often plays it and he plays very well.
Jim plays the guitar
but he is not playing the guitar now.
Is he playing the guitar? No, he isn't.
Does he play the guitar? Yes, he does.
İndiki davamedici zamanda olan hərəkət danışığın getdiyi zamanda icra olunur.
Please be quiet. I'm working. ('I work' -- yox)
Tom is having a shower at the moment. ('Tom has' -- yox)
Take an umbrella with you. It's raining.
You can turn off the television. I'm not watching it.
Why are you under the table? What are you doing?
İndiki zamanda olan hərəkət isə ümumidir, həmişə və ya hərdən baş verir.
I work every day from 9 o'clock to 5.30.
Tom has a shower every morning.
It rains a lot in winter.
I don't watch television very often.
What do you usually do at the weekend?
Bu fellərlə heç vaxt indiki davamedici zaman işlənmir, onlar yalnız indiki zamanda işlənir: like, love, want, know, understand, remember, depend, prefer, hate, need, mean, believe, forget.
I'm tired. I want to go home, ('I'm wanting' -- yox)
'Do you know that girl?' 'Yes, but I don't remember her name.'
I don't understand. What do you mean?