Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142622 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...Dərs
Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.
Dərs 1: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)
TO BE FELININ FORMALARI
TO BE FELININ FORMALARI
To be feli Azərbaycan dilində hərfi tərcümə zamanı olmaq mənası verir. Lakin şəxslərə uyğun olaraq to be feli öz formasını dəyişir. Ümumən to be felinin 3 forması mövcuddur -- am/is/are.
Nəqli cümlə - Positive
|
|||
Tək - Singular
|
Cəm - Plural
|
||
I
|
am
|
We
|
are
|
You
|
are
|
You
|
are
|
He/She/It
|
is
|
They
|
are
|
İnkar cümlə - Negative
|
|||
Tək - Singular
|
Cəm - Plural
|
||
I
|
am not
|
We
|
are not
|
You
|
are not
|
You
|
are not
|
He/She/It
|
is not
|
They
|
are not
|
I am/am not a student. (Mən tələbəyəm / tələbə deyiləm.)
You are/are not a pupil. (Sən şagirdsən / şagird deyilsən.)
He/She is/is not smart. (O ağıllıdır / ağıllı deyil.)
It is/is not a flower. (Bu/o, çiçəkdir / çiçək deyil.)
We are/are not friends. (Biz dostuq / dost deyilik.)
You are/are not hungry. (Siz acsınız / ac deyilsiniz.)
They are/are not beautiful. (Onlar gözəldirlər / gözəl deyildirlər.)
Bir çox hallarda am/is/are qısaldılmış formada istifadə olunur.
Təsdiq - Positive
|
İnkar - Negative
|
||
am
|
'm
|
am
|
'm not
|
is
|
's
|
is
|
's not / isn't
|
are
|
're
|
are
|
're not / aren't
|
Qeyd: Cümlədə ‘s not və ya isn’t; ‘re not və ya aren’t qısaltmalarından hər hansı birinin seçilməsi tam sərbəstdir və onların işlənməsindı heç bir qayda yoxdu. Bundan başqa bu və ya digər qısaltmadan istifadə etməkdə də heç bir məcburiyyət və məhdudiyyət yoxdur.
I am a student. -- I’m student.
You are a pupil. -- You’re a pupil.
He/She is smart. -- He’s/She’s smart.
It is a flower. -- It’s a flower.
We are friends. -- We’re friends.
You are hungry. -- You’re hungry.
They are beautiful. -- They’re beautiful.
I am not a student. -- I’m not student.
You are not a pupil. -- You’re not / aren’t a pupil.
He/She is not smart. -- He’s not/She’s not /He isn’t/She isn’t smart.
It is not a flower. -- It’s not / isn’t a flower.
We are not friends. -- We’re not/ aren’t friends.
You are not hungry. -- You’re not / aren’t hungry.
They are not beautiful. -- They’re not / aren’t beautiful.