İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142721 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Kömək

Kömək

Ən çox soruşulan suallar

1. Birinci dərsin bütün testlərini həll etsəm də, ikinci dərsə keçə bilmirəm, ekranda birinci dərsin bütün testlərini həll etməm lazım olduğu yazılır.

Cavab: Hər bir dərsdə 3 test var: Dərsin öz testi, Qrammatika testi, Sözlər üzrə test. Növbəti dərsə keçmək üçün bu testlərin hər 3-nü həll etməniz gərəkir. Əgər belə problemlə üzləşmisinizsə, deməli siz adı çəkilən hər 3 testi həll etməmisiniz, etməniz gərəkir.

2. Saytdakı Online İstifadəçiləri necə görə bilərəm?

Saytda Online olan istifadəçilər birbaşa Canlı ünsiyyət bölməsində göstərilir.

Əsas bölmələr

1. Qeydiyyat

Saytın bir çox bölmələrindən isifadə edə bilmək üçün Qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün İstifadəçi panelində Qeydiyyat bölməsinə daxil olun və orada lazımi məlumatları qeyd etməklə qeydiyyatdan keçin.

2. Online dərslər

Online dərslərdən iki yolla istifadə etmək olar: Naviqasiya vasitəsilə -- burada dərslər səviyyələr üzrə və səviyyələr də hissələr üzrə bölünmüşdür. Mündəricat vasitəsilə -- burada dərslərin adlarə sadalanmışdır.
Online dərslər 3 səviyyə üzrə bölünmüşdür: Başlanğıc səviyyə, Orta səviyyə və Yuxarı səviyyə. Hər səviyyədə dərslər 5 hissədən ibarətdir: Qrammatika, Qrammatika testləri, Sözlər, Sözlər üzrə testlər, Tərcüməli oxu. Online dərslərdə ilk öncə verilmiş dərsləri mənimsəyə bilərsiniz. Daha sonra test bölməsində biliklərinizi yoxlamaq üçün düzgün cavabları yazaraq nəticənizə baxa bilərsiniz. Etdiyiniz testlərin ilk nəticəsi qeydə alınacaq və buna əsasən saytda istifadəçilərin test nəticələrinə əsasən bal reytinqi olacaq. Eyni testi daha sonra da edə bilərsiniz, sadəcə bu zaman yığdığınız nəticə qeydə alınmayacaq. Tərcüməli oxu bölməsində isə mətndə verilmiş sözlərin üzərinə qoymaqla həm onların tərcüməsini, həm də tələffüzünü lüğətə baxmadan öyrənmək olar.
Bundan başqa bu dərs strukturundan fərqlənən Yeni başlayanlar üçün dərslər də mövcuddur ki, burada İngilis dilinin ilkin anlayışları izah olunur.

Audio hekayələr bölməsində müxtəlif hekayələrin audio səsləndirmələri verilib.

Kliplər bolməsində isə həm klipləri izləyə, həm də onların sözlərini oxuya, tərcümələrini öyrənə bilərsiniz.

3. Başqa

Bu bölmə Yükləmələr, Linklər, Məqalələr, Quiz-lər, Mənbələr, Xəbərlər, Sözlər və tələffüzü, Kitab marketi hissələrindən ibarətdir. Bu bölmədəki hissələrə daxil olaraq arzu etdiyiniz məlumatları əldə edə bilərsiniz.

4. Ünsiyyət

Saytda Ünsiyyət bölməsi 2 hissədən ibarətdir: Conversation Club və Mesajlar. Conversation Club haqda məlumatı müvafiq bölməyə daxil olmaqla əldə edin(http://xaricidil.net/conversation.php). Mesajlar bölməsində isə saytda olan istənilən istifadəçiyə online olub olmamasından asılı olmayaraq məktub göndərə bilərsiniz. Sizə gələn məktublara Gələnlər, siz göndərdiyiniz məktubları isə Göndərilənlər bölməsindən  baxa bilərsiniz. Sizə yeni məktub gəldikdə bu haqda bildiriş əsas səhifənin yuxarı hissəsində görünür. İstifadəçilərin siyahısını isə Son aktiv olmaya görə və Reytinqə görə sıralaya bilərsiniz.

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı