İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 130617 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Yeni başlayanlar üçün İngilis dili

Yeni başlayanlar üçün İngilis dili

Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   


Yeni başlayanlar üçün ingilis dili. Verilmiş 10 dərsi 1-cidən başlayaraq diqqətlə və səbrlə öyrənin, nəticədə ingilis dili ilə ilkin tanışlıq uğurla başa çatacaq, müəyyən baza formalaşacaq və daha üst səviyyələrdə dərslər üçün tam hazır olmuş olacaqsınız.
Dərs 4

Untitled Document

1. O o [ou] hərfı, əsasən iki cür oxunur:
a) О hərfi vurğulu açıq hecada [ou] kimi oxunur, məsələn:
no       [nou]     xeyr, yox
note     [nout]    qeyd, qeyd etmək
a rose [ə'rouz] qızılgül
go       [gou]     getmək
so       [sou]      beləliklə, belə ki.
[ou] ikitərkibli səsdir (diftonqdur). İngilis [ou] səsi Azərbayean (o) və (u) səslərinin birləşməsi ilə müqayisə edilə bilər.
b)      Vurğulu qapalı hecada о hərfi [o] kimi oxunur. [о] səsi Azərbaycan dili (о) səsinin qısa və yarımçıq tələffiizünə oxşayır. Azərbaycan dilində on sözündəki (o) səsi ingilis dili [о] səsinə oxşayır, məsələn:
on      [on]       üstündə (nəyinsə)
hot     [hot]       isti (hava, su)
dot     [dot]       nöqtə (işarə)
not      [not]       yox (inkar hissəciyi)
fond    [fond]     zərif, sevən
pot      [pot]      gülqabı, dibçək

2.  Qoşa oo hərfləri iki cur oxunur:
a)   OO hərfbirləşməsi adətən [u:] kimi oxunur, məsələn:
too     [tu:]                 həmçinin      
room [ru:m] otaq
food   [fu:d]       yemək, ərzaq
goose [gu:z] qaz (quş)
spoon [spurn]      qaşıq                      
fool   [fu:l]   ağılsız, axmaq
b)   oo hərfbirləşməsi d,k,t hərflərinin qarşısında gələrsə qısa [u] kimi oxunur, məsələn:
good   [gud]       yaxşı        look   [luk]    baxmaq
book   [buk]       kitab        foot   [fut]    ayaq
hook   [huk]      qarmaq     goods [gudz] mal-dövlət, əmlak

3.  U u [ju:] hərfi iki cür oxunur:
a)   u [ju:] hərfi vurğulu açıq və şərti açıq hecalarda [ju:] kimi oxunur. [ju:] səsi Azərbaycan dilində (yuu) səs birləşməsi ilə müqayisə edilə bilər, məsələn:
due     [dju:]                  lazımi, vaxtında, hesabına
mute   [mju:t]       lal, səssiz student ['stjuıdənt] tələbə
b)   u [ju:] hərfı vurğulu qapalı hecada [ʌ] kimi oxunur. [ʌ] səsini tələffdz etmək üçün ağız boşluğu açıhr, dilin orta hissəsi yuxarıya qalxır və dodaqlar adi vəziyyət alır. Bu vəziyyətdə sanki Azərbaycan dilindəki (a) səsinin qısa variantı tələffüz olunur,

4.  Rr [a:] hərfi bir cür oxunur: [r] kimi.
red [red] qırmızı read   [ri:d] oxumaq
rose   [rouz]   qızıl gül arrest [ə'rest] həbs (etmək)

5.th [ti:, eıtʃ] hərfbirləşməsi iki cür oxunur:
a) cingiltili [ð] səsi kimi.
ð] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [d] və [z] səsləri ilə qarışdırmaq olmaz. [ð] səsinin tələfffizü zamam dilin ucu dişlərin ara-sında olur və güclü nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn:
b) kar   [Ө] səsi.
[Ө] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [s] səsi ilə qanşdırmaq olmaz.[Ө] səsinin tələffüzündə dilin ucu dişlərin arasında durur və zoif nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn:

Sait və samit hərfbirləşmələri:
1. er [i:, a:] hərfbirləşməsi iki cür oxunur:
a) üzərinə vurğu düşdükdə (vurğulu halda) [ə:] kimi oxunur. [ə:] səsi Azərbaycan dilindəki (ö) səsindən tam şəkildə fərqlənir. Azərbaycan dili (ö) səsindən fərqli olaraq ingilis dilində [ə:] səsi toləffüz olunarkən dodaqlar yanlara dartılır, ağız boşluğu azca açılır, ınəsələn:
person   ['pərsn]   şəxs, adam
fern       [fə:n]     ayıdöşəyi, qıjı (bitki)
her       [hə:]      onun (qadm cinsi) 
b) er vurğusuz vəziyyətdə neytral [ə] kimi oxunur və əsasən sözlərin sonunda işlədilir, məsələn:  
a sister   ['sıstə]   bacı
larder    [la:də]   anbar

2. ar hərfbirləşməsi bir cür oxunur: [a:] [a:] səsi Azərbaycan dilindəki (a) səsinin uzun tələffüz olunan variantına oxşayır. Təqribən Azərbaycan dilindəki saat, maarif, sait sözlərindəki (a) səsinə uyğun gəlir,məsəlen:
a car      [ə'ka:]     minik maşmı
far               [fa:]       uzaq, kənar

Sait hərfbirləşmələri:
1) ey [i:, waı] hərfbirləşməsi [ei] kimi oxunur, məsələn:
hey       [hei]      nida (çağınş)
they      [öeı]      onlar (şəxs əvəzliyi)
grey      [grei]     boz (rəng)
2)  ou hərfbirləşməsi adətən [u:] kimi. oxunur, məsələn:
you       [ju:]       sən- siz (şəxs əvezliyi)
group    [gru:p]    qrup, dəstə, bölmə


Davam etmək üçün menyudan növbəti dərsə keçin
Dərs 1    Dərs 2    Dərs 3    Dərs 4    Dərs 5    Dərs 6    Dərs 7    Dərs 8    Dərs 9    Dərs 10   

Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 635 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı