İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 127100 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 5: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)

Keçmiş zaman

Untitled Document

Keçmiş zaman formasından keçmişdə olan hər hansı bir hadisəni bildirmək üçün istifadə olunur. Əsasən felin sonuna -ed şəkilçisi əlavə etməklə formalaşır:

I work in a travel agency now. Before that I worked in a shop.
We invited them to our party but they decided not to come.
The police stopped me on my way home last night.
She passed her examination because she studied very hard.

Lakin bu qayda qaydalı fellərə aiddir. Qaydasız fellərdə isə fel kökündən dəyişir:

write — wrote
see — saw
go — went
shut — shut 

Mozart wrote more than 600 pieces of music.
We saw Rose in town a few days ago.
I went to the cinema three times last week.
It was cold, so I shut the window.


Keçmiş zamanın sual və inkar formasını düzəltmək üçün do köməkçi felinin keçmiş zaman formasından - did istiadə olunur. Sualın və inkarın qurulması qaydası indiki zamandaki kimidir.

A: Did you go out last night?
B: Yes, I went to the cinema but I didn't enjoy the film much.
'When did Mr Thomas die?'   'About ten years ago.'
They didn't invite her to the party, so she didn't go.
'Did you have time to write the letter?'   'No, I didn't.'


To do feli ?sas fel olduqda sual cümləsinin qurulması zamanı diqqətli olmaq lazımdır:

What did you do at the weekend? (what did you at the weekend -- yox)
I didn't do anything. (I didn't anything -- yox)


To be felinin keçmiş zamanı was / were felləridir.

I/he/she/it
was/wasn't
we/you/they
were/weren't

To be felinin keçmiş zamandakı sual formasi indiki zamanda olduğu kimidir.

I was angry because they were late.
Was the weather good when you were on holiday?
They weren't able to come because they were so busy.
Did you go out last night or were you too tired?


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 626 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı