İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 130559 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 4: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)

Present continuous and present simple - 2

Untitled Document

Biz davamedici zamanları hərəkət və hadisələri bildirmək üçün işlədirik. (they are eating / it is raining və s.). Bəzi fellər (məsələn, know və like) hərəkət felləri deyil. I am knowing və ya they are liking demək olmaz; yalnız I know, they like demək mümkündür.

Aşağıdakı fellər adətən indiki davamedici zamanda işlənmir:

-- like, love, hate, want, need, prefer, know, realise, suppose, mean, understand, believe, remember, belong, contain, consist, depend, seem.

I'm hungry. I want something to eat. (I'm wanting -- yox)
Do you understand what I mean? (Are you understanding what I'm meaning? -- yox)
Ann doesn't seem very happy at the moment. (Ann is not seeming -- yox)

Amma bəzən olur ki, indiki bu fellərdən bir neçəsi fərqli anlam daşıdığı üçün indiki davamedici zamanda işlənə bilir:

What do you think will happen? (what are you thinking -- yox) -- Sən necə düşünürsən, nə baş verəcək?
You look serious. What are you thinking about? -- Ciddi görsənirsən. Nə haqda düşünürsən. Son cümləni "Ağlında nə var?" cümləsi ilə də əvəz etmək mümkündür, deməli buradakı think sözü öz ilkin mənasını daşımır.

We're enjoying our holiday. We have a nice room in the hotel. (we're having -- yox) -- Biz tətildən zövq alırıq. Mehmanxanada yaxşı otağımız var.
We're enjoying our holiday. We're having a great time. -- Biz tətildən zövq alırıq. Biz əla vaxt keçiririk. Burada have feli prosesi bildirdiyi üçün indiki davamedici zamanda işlınir.


Aşağıda qeyd olunan fellərlə də adətən indiki zamandan istifadə olunur:

-- See, hear, smell, taste.

Do you see that man over there? (are you seeing -- yox)
This room smells. Let's open a window. (is smelling -- yox)

Çox zaman bu fellər can modal feli ilə işlənir:

Listen! Can you hear something?

Qeyd: To see feli kiminləsə görüş, iclas keçirmək mənası verdikdə indiki davamedici zamanda işlənə bilər.

I'm seeing the manager tomorrow morning. -- Sabah səhər direktorla görüşürəm.


To be feli daimi xarakter daşıdıqda indiki zamanda işlənir, yox əgər davranmaq, hərəkət etmək mənası daşıyırsa və müvəqqəti xarakterlidisə indiki davamedici zamanda işlənir:

I can't understand why he's being so selfish. He isn't usually like that. -- Anlamıram, niyə o özün bele axmaqcasına aparır. O, adətən belə deyil axı. (Müvəqqəti hadisədir.)
He never thinks about other people. He is very selfish. -- O, heç vaxt başqa insanlar haqqında düşünmür. O, çox eqoistdir. (Daimi hadisədir.)


İnsanın hal hazırda necə göründüyünü və ya hiss etdiyini bildirmək üçün lookfeel fellərini indiki zamanda da işlədə bilərik.

You look well today. və ya You're looking well today.
How do you feel now? və ya How are you feeling now?


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 635 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı