İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 129133 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 2: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)

İndiki zaman -- Present Simple

Untitled Document

Biz hadisələrdən, əşyalardan ümumi anlamda danışmaq üçün İndiki zamandan -- Present Simple istifadə edirik. Bu zaman forması işlədiləndə sadəcə indi nəzərdə tutulmur. Əsasən nəyinsə daima, təkrarən baş verməsini bildirmək üçün və ya nəyinsə ümumən həqiqi olmasını, ümumi qanunauyğunluğu ifadə etmək üçün bu zaman formasından istifadə olunur. Hərəkətin danışıq prosesi zamanı baş verməsi mütləq deyil:

Nurses look after patients in hospitals. -- (Tibb bacıları xəstəxanalarda xəstələrin qeydinə qalır. -- ümumi qanunauyğnluq)

I usually go away at weekends. -- (Mən adətən həftə sonuları başqa yerə gedirəm. -- Hal hazırda həftə sonu olmaya da bilər, bu sadəcən daimi təkrarlanan hərəkətdir.)

The earth goes round the sun. -- (Dünya günəşin ətrafında dövr edir. -- Ümumi qanunauyğunluqdur.)

İndiki zaman forması şəxslərə görə 2 cür olur:

Şəkilçisiz
I/we/you/they
do, go, work, play
Şəkilçi ilə (-s və ya -es)
he/she/it
does, goes, works, plays

Qeyd: Əgər felin sonu -o / -s / -ss / -sh / -ch / -ch hərfləri və hərf birləşmələri ilə bitirsə onda -es şəkilçisi, qalan hallarda -s şəkilçisi əlavə olunur. Əgər felin sonu -y hərfi ilə bitirsə onda bu hərf -i hərfi ilə əvəz olunur və daha sonra -es şəkilçisi əlavə olunur.

İndiki zamanın inkar və sual formaları do köməkçi felu vasitəsilə düzəlir. İnkar formanı düzəltmək üçün do not və ya don't feli əsas feldən qabaq gəlir və şəxsdən asılı olaraq şəkilçi qəbul edir. Do felindən sonra gələn əsas fel heç bir halda şəkilçisi şəkilçi qəbul etmir:

I come from Canada. -- I don't come from Canada. -- (I come not from Canada. -- yox)

She comes from Canada. -- She doesn't come from Canada. -- (She comes not from Canada. və ya She doesn't comes from Canada. -- yox)

Sual formasını düzəltmək üçün isə do və ya does feli (cümlənin hansı şəxsdə olmasında asılı olaraq) cümlənin əvvəlinə keçir, daha sonra cümlənin mübtədası (və onunla birbaşa bağlı olan təyin və ya tamamlıq) gəlir, mübtədadan sonra əsas fel gəlir (şəxs şəkilçisi heç bir halda olmur çünki şəxs şəkilçisini cümlənin əvvəlindəki do köməkçi feli qəbul edir.). Daha sonra isə digər cümlə üzvləri sıralanır. Aşağıdalı misala baxaq:

Rice grows in warm climates. -- Does rice grow in warm climates? -- (Grows rice in warm climates? və ya Does rice grows in warm climates? -- yox)

They teach English at University. -- Do they teach English at University? -- (Teach they English at University? -- yox)

Əgər sual cümləsi sual əvəzliyi vasitəsilə qurulursa onda cümlənin əvvəlində həmin sual əvəzliyi daha sonra isə yuxarıda verilən qayda ilə digər cümlə üzvləri gəlir. Misalda baxaq:

Where does Ann live? -- (Where Ann lives? -- yox.)

İndiki zaman formasında adətən bu sözlərə rast gəlmək olar: always, often, usually, sometimes, seldom, never, every day, every week, every year, on Mondays (Tuesdays and etc.), after school (unversity and etc.).

Bəzi sözlər var ki, onlar cari zamanda olan hərəkəti ifadə etsələr də indiki davamedici zamanda deyil, məhz indiki zamanda işlənir: promise, suggest, apologise, advise, insist, refuse, agree və s.

I promise I won't be late. (I'm promising... --yox.)

What do you suggest I do? (What are you suggesting... -- yox.)


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 632 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı